Ədliyyə Nazirliyindən QHT-lərə XƏBƏRDARLIQ

Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsi qeyri-hökumət təşkilatlarına xəbərdarlıq edib.
Avtosfer.az-ın məlumatına görə, xəbərdarlıqda deyilir:
"Bildiririk ki, "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Qanunun 21.7-ci maddəsinə əsasən, qeyri-hökumət təşkilatları illik əsasla cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsi üzrə institusional riskləri müəyyən etməli, qiymətləndirməli, qiymətləndirmə nəticələrini sənədləşdirməli və nəzarət orqanına təqdim etməli, həmçinin rəhbərlik tərəfindən təsdiq edilən daxili qayda və prosedurlara uyğun olaraq risklərin idarə olunması, aradan qaldırılması və ya azaldılması üçün tədbirlər görməlidirlər. Həmçinin qeyri-hökumət təşkilatları institusional risk qiymətləndirilməsi zamanı bütün risk faktorlarını, ölkə və sahəvi risk qiymətləndirilmələrinin nəticələrini nəzərə almalıdırlar.
Qeyd edilməlidir ki, sahəvi risk qiymətləndirilməsi prosesində nəzarət orqanları bütün risk faktorlarını, ölkə risk qiymətləndirilməsinin nəticələrini və nəzarət etdikləri şəxslər tərəfindən təqdim edilən institusional risk qiymətləndirilməsinin nəticələrini nəzərə almalıdırlar.
Göstərilənlərə əsasən və qeyri-hökumət təşkilatlarına nəzarət orqanı qismində nazirlik tərəfindən sahəvi risk qiymətləndirilməsinin həyata keçirilməsi üçün institusional risk qiymətləndirilməsinin nəticələrinin qısa müddət ərzində Ədliyyə Nazirliyinə təqdim olunması xahiş olunur".
Bu yollarda TIXAC VAR - SİYAHI
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB










