E.F.E. kursları şəhid və qazi övladlarına ödənişsiz təhsil verir

E.F.E. kursları şəhid və qazi övladlarına ödənişsiz təhsil kampaniyasına başlayıb.
Bu barədə Avtosfer.az-a E.F.E.-dən məlumat verilib.
Bildirilib ki, “VƏTƏN ƏMANƏTİ AKSİYASI” adlanan kampaniya çərçivəsində qruplara qeydiyyata bu gündən başlayıb. Qruplar tamamlandığı andan etibarən fənlərin tədrisinə başlanacaq.
Fənn limiti yoxdur və hər fənn həftədə 1 dəfə 1 saat şəklində keçiriləcək.
Aksiyadan yararlanmaq istəyənlərin öhdəlikləri yalnız aşağıda qeyd olunan məlumatları bizə göndərməkdən ibarət olacaq:
1. Həyat yoldaşınızın Şəhidlik və ya Qazilik haqqında olan sənədlərin surətini,
2. Övladınızın adını, soyadını, sinfini, hansı bölmə üzrə təhsil aldığını və kursumuza hansı fənn üçün müraciət etdiyini
(070) 633 85 84 nömrəmizin WhatsApp hesabına göndərməniz xahiş olunur.
Aksiya iştirakçılarına, E.F.E. kurslarının müəllim kollektivinə götürdükləri öhdəlikdən ötrü dərin minnətdarlığımızı bildiririk və bu Aksiyada Könüllü şəkildə iştirak etmək istəyən müəllimlərə kursumuzun qapılarını sona qədər açır, onları da bizimlə əməkdaşlıq etməyə dəvət edirik. Bizə qatılmaq istəyən könüllü müəllimlərimizin yuxarıda qeyd olunan nömrə ilə əlaqə saxlamalarını rica edirik”, - məlumatda bildirilib.
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərindən GÜC NÜMAYİŞİ - VİDEO
Yoldakı çuxurlar avtomobilin daha çox hansı hissələrinə zərər vurur? - EKSPERT
Hazırda Bakıda 26 istiqamətdə tıxac var: SİYAHI - FOTO
“Avtovağzal” və “Xocasən” stansiyalarına giriş niyə pulsuz edilib? – AÇIQLAMA - VİDEO
Yol boşdur, amma tıxac var: Səbəb sürücülərdir? – VİDEO
Azərbaycanda 8 ayda sərnişin sayı bu qədər artıb – STATİSTİKA
Fərdi avtomobil sayı artır; ictimai nəqliyyat sistemi necə qurulmalıdır?
İlham Əliyev: "Ağdərə rayonunda işə başlanılıb" - VİDEO
Rusiyanın Ukrayna qatarlarını vurması nəyə hesablanıb? - AÇIQLAMA
Bakının səkilərini zəbt edən obyektlər; dövlət proqramı var, icra yox - VİDEO
İrandan Azərbaycana uçuşlarla bağlı RƏSMİ QƏRAR - DAYANDIRILIR











