Efiopiyanın Baş naziri “AI Academy” ilə tanış olub - FOTOLAR

Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əli Azərbaycana rəsmi səfəri çərçivəsində “AI Academy”də olub.
Avtosfer.az xəbər verir ki, görüşdə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev süni intellektin ölkənin rəqəmsal inkişaf gündəliyində strateji prioritet kimi müəyyən olunduğunu vurğulayıb. O həmçinin insan kapitalının hazırlanması və texnoloji imkanların genişləndirilməsinin milli inkişaf modelinin əsas komponentlərindən biri olduğunu qeyd edib.
Milli Süni İntellekt Mərkəzinin baş direktoru Tuncay Bağırov qonaqlara akademiyanın yaradılma məqsədi, fəaliyyət istiqamətləri və inkişaf planları barədə məlumat verib. Bildirilib ki, "AI Academy" Azərbaycanın 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyasına uyğun olaraq ölkədə yüksəkixtisaslı mütəxəssis hazırlığının sistemli şəkildə təşkili, dövlət və özəl sektor üçün tətbiqyönümlü bacarıqların inkişaf etdirilməsi və innovasiya mühitinin gücləndirilməsi məqsədilə fəaliyyət göstərir.
Qonaqlara akademiyanın tədris proqramları, ixtisaslaşmış kursları və praktiki təlim modulları təqdim olunub, tədris prosesinin real layihələrə əsaslanan model üzrə qurulduğu diqqətə çatdırılıb. Bu yanaşmanın süni intellekt texnologiyalarının yalnız nəzəri bilik səviyyəsində deyil, konkret iqtisadi və institusional tətbiqlər vasitəsilə dəyər yaratmasına xidmət etdiyi bildirilib.
Görüş zamanı süni intellekt sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, bilik və təcrübə mübadiləsinin təşviqi, eləcə də bu istiqamətdə birgə təşəbbüslərin inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
Azərbaycanda bu şəxslərə benzin və dizel pulsuzdur
Xətaidə cinayətkar qrupun 11 üzvü HƏBS EDİLDİ - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
Ceyhunu öldürən şəxslər məhkəməyə BELƏ GƏTİRİLDİ - VİDEO
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
















