Əgər səyahətimi 6 ay əvvəl bronlaşdırsam, nə qədər qabağa düşərəm?

Əksər səyahətçilər səyahətlərini çox öncədən, 3-6 ay əvvəldən planlamağa başlayırlar. Bunlar daha çox daimi və rejimli işi olan şəxslərdir. Bu şəxslər hələ yeni istehsalat ilinin əvvəlindən öz məzuniyyət tarixlərini bilirlər və ona uyğun olaraq səyahət planlarını qururlar. Gəlin klassik “hər şey daxildir” paketlərindən başlayaq. “Hər şey daxildir” paketlərində aviabilet, hotel, transfer, qidalanma və səfər sığortası qiymətə daxil olur.
Hər ilin əvvəlində, yanvar-fevral aylarında Türkiyə kurortlarına öncədən rezervasiyalar başlayır. Adətən bu rezervasiyalarda tur-paketin qiyməti 50%-ə kimi daha aşağı olur. Əlbəttə ki, bu, premium və yüksək sinif hotellərə yaxşı endirimlər deməkdir. Məsələn, iki nəfər üçün yay vaxtı 7 gecəsi 8000 manat olan hotelı qışda bronlaşdırsanız 4000 manata kimi endirim qazana bilərsiniz. Amma bu endirimdən yararlanmayanlar da üzülməsin, çünki iyun-avqust aylarında qaynar tur-paketlər olur. Bu paketlər adətən konkret tarixlərə aşağı qiymətə, səfərin tarixinə az qalmış təklif olunur. Sərbəst qrafikli işləyən və istədiyi zaman xarici səfər edə bilənlər üçün yaxşı fürsətdir. Bu tip paketlər adətən tur firmalarda satılır. Belə endirimdə olma səbəbi isə həmin tarixə boş hotel otağının olmağıdır. Çünki tur-operatorlar hotel otaqlarını mövsümün əvvəlindən alırlar və çalışırlar ki, bütün otaqları doldursunlar. Bəzən öz qiymətindən də ucuz olur. Misal üçün agentə məvsümün əvvəlində göndərilən qiymət listində gecəsi 100 dollara olan otaq qaynar təklifdə 60-70 dollara kimi enə bilər.
Fərdi hazırlanan səyahət planında isə qaydalar fərqlidir.
Aviabiletlər adətən öncədən alınanda daha sərfəli qiymətə olur. Hələ uçuş tarixiniz yayda olsa, lap öncədən almalısınız biletləri. Sizə yaxşı bir məsləhət verək, heç də ayın bütün günlərində biletlər eyni qiymətə olmur. Misal üçün, məzuniyyətiniz avqust ayındadırsa xüsusi saytlarda gedəcəyiniz şəhərə avqust ayında olan qiymətləri təqvim şəklində görə və uyğun günü seçə bilərsiniz. Misal üçün eyni istiqamətə bir tarixə 120 dollara olan bilet başqa tarixə 300 dollara ola bilər. Bu tipli saytlara skyscannet.net, kiwi.com kimi bilet axtarışı saytları daxildir. Hotellərə gəldikdə isə məsələ bir az fərqlidir. Böyük hotellərin mövsüm və qeyri-mövsüm, həftəarası və həftəsonu üçün xüsusi qiymət cədvəli olur. Belə hotellerdə otaq rezerv etməyinizin öncədən olub-olmamağı fərq etmir. Amma hansısa brendə, şəbəkəyə məxsus hotellərdə xüsusi endirim paketləri təşkil edilir. Məsələn, 6 gecə rezerv edənə bir gecə hədiyyə. Adi hotellər də isə öncədən rezervasiya edəndə daha aşağı qiymət təklifi ala bilərsiniz. Daha bir məsələ isə normal hotellərdə otaq tapmaqdır. Pik mövsümdə yaxşı hoteldə yaxşı otaq tapmam müşkülə çevrilir. Odur ki, hotelinizi öncədən rezerv edin.
Həmişə gəzməkdə! (AviaTravel)
Dumanlı hava nə vaxta kimi davam edəcək? - Nazirlik AÇIQLADI
Azərbaycanda benzin bahalaşır? – AÇIQLAMA
Hava ilə bağlı XƏBƏRDARLIQ: İntensiv yağışlar yağacaq
Azərbaycanın adı dəyişdirilməlidir? - Deputatın təklifinə həmkarından reaksiya
Paytaxtın 11 küçəsində tıxac var - SİYAHI - FOTOLAR
Metro qatarlarına yeni yağınsöndürən balonlar quraşdırılıb; təlimatlar niyə rus dilindədir? - RƏSMİ - FOTO
Prezident Zəngəzur dəhlizinin icrasından danışdı
Qış parkındakı təmir işləri vətəndaşların hərəkətinə mane olur - FOTO
“Kapital Bank” hesabını “Apple Pay”a qoşmaq istəyən müştərinin kartını niyə bloklayıb? – RƏSMİ AÇIQLAMA
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Aprel ayı üçün maqnit qasırğalarının PROQNOZU










