Əhməd Vəliyev yaxın qohumu Ramiz Göyüşovu deputat seçdirir

Gündəm 12 Sentyabr 2015 12:24 Oxunub 2447
Əhməd Vəliyev yaxın qohumu Ramiz Göyüşovu deputat seçdirir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ramiz Göyüşov arxı hoppammamış "bismillah"-deyir

Əhməd Vəliyev yaxın qohumu Ramiz Göyüşovu deputat seçdirir. «Xəbərservis» Veteninfo.az-a istinadən məlumat verir ki, Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədrı Ramiz Göyüşov bu dəfə də ilginc məlumatlarla gündəmə gəlib. Redaksiyamızın elektron ünvanına daxil olan məlumata görə, R.Göyüşov yaxın ətrafına bildirib ki, YAP-ın siyahısı üzrə 9 saylı Binəqədi seçki dairəsindən namizədliyini irəli sürəcək və qalib gələcəyinə də tam əminlik nümayış etdirməklə hətta qonaqlıq da verib. 

YAP siyahısı açıqlanmamış Binəqədi rayon təşkilatı sədrinin şadyanalıq etməsinin özəl səbəbləri aydın olub. Mənbəmizin məlumatına görə, R.Göyüşov "Odlar Yurdu” Universitetinin rektoru, Milli Məclisin deputatı Əhməd Vəliyevin çox yaxın qohumudur. Ə.Vəliyev yaşının çoxlugu və ən əsası isə rektor kimi artıq seçkilərə qatila bilmək şansının az oldugunu arqument gətirərək yaxın qohumu R.Göyüşova "stavka” edib. Mənbənin bildirdiyinə görə, Əhməd Vəliyev YAP rəhbərliyindən R.Göyüşovun 9 saylı Binəqədi seçki dairəsindən seçilməsi üçün artıq "razılıq” aldıgını da bildirib.Təbii ki, YAP kimi ciddi bir siyasi təşkilatda müəyyən adamların parlament seçkiləri ərəfəsi belə bir "alver spekulyasiyası” etməsi partiyanın da imicinə zərbədir!

Xatırladaq ki, Ramiz Göyüşovun siyasi keçmişi barədə mətbuatın uzun zamandan bəri yazdıgı faktlara nəzər saldıqda bu insanın əsl mahiyyəti barədə dolgun təssəvvür yaranır. Bir müddət əvvəl mətbuatda yayılan məlumatlarda Ramiz Göyüşovun iki cəbhəyə – "Nurçu”lara və Azərbaycan Beynəlxalq Universitetinin sabıq rektoru və xarıcə qaçan Elşad Abdullayevə xidmət etdiyi iddia edilirdi. Çox maraqlıdır ki, Ramiz Göyüşov bu günə kimi haqqında səsləndirilən məsələlərin heç birinə bu və ya digər şəkildə də cavab verməyib. Maraqlı məqamlardan biri də ondan ibarətdir ki, Ramiz Göyüşov Elşad Abdullayevin bacısıoğlu Araz Mürsəliyevlə də kirvədir. Vaxtı ilə əmisi oğlunun Elşad Abdullayevlə Dağıstanda Azərbaycan Beynəlxalq Universitetinin filialını açaraq Azərbaycandan ora tələbələr qəbul etdirib, sonradan müxtəlif yollarla bu tələbələri ABU-ya təkrar qaytarmalarını da təkzib etməyib.

R.Göyüşov Prezident İlham Əliyev haqqında dezinformasiyahılar yayan, Avropa Şurasına və digər beynəlxalq təşkilatlara Azərbaycan əleyhinə müraciətlər edən, fəaliyyətinə son verilən Azərbaycan Beynəlxalq Univeristetinin rektoru Elşad Abdullayevin adamı kimi tanınan Binəqədi rayon Dairə Seçki Komisiyasının sədri Həsən Bayramovu da himayə etdiyi bildirilir.

Bütün bu faktlar R.Göyüşovun "siyasi fəaliyyəti”nin şəffaf olmadıgını və YAP kimi ciddi siyasi təşkilata da üzqarası oldugunu göstərir. Agsaqqal Əhməd Vəliyev də yəqin ki, yaxın qohumunun buqələmun əməllərindən xəbərdardır. Sual meydana çıxır ki, belə bir adamın parlamentdə deputat olması nə dərəcədə düzgündür. Hər halda, YAP rəhbərliyi də bu faktları sərf-nəzər etməlidir. Bir məqamı da vurgulayaq ki, R.Göyüşovun "özfəaliyyəti” ilə baglı Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı da hər hansı bir reaksiya verməməklə, dolayısı yolla onu dəstəkləyir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh