Ehtiyyatlı olun! Külək daha da güclənəcək

Paytaxtda müşahidə olunan güclü şimal-qərb küləyi bir neçə ağacı kökündən qoparıb. ANS-in məlumatına görə, güclü küləyin əsməsi nəticəsində Dövlət Bayrağı Meydanında dalğalanan Azərbaycan bayrağı cırılıb. Qaydaya əsasən güclü külək zamanı bayraq aşağı endirilir. Bayraq aşağı endirilsə də, onun mühafizəsi təmin edilməyib. Nəticədə güclü külək 162 metr hündürlüyü olan bayrağa ziyan verib. Hazırda hava şəraitinin belə keçməsi fəsadların artacağınadan xəbər verir. Güclü küləklə bağlı dövlət qurumlarına əvvəlcədən xəbərdarlıq edilib. Hidrometeroloqların proqnozlarına görə, paytaxtda gecədən başlayan güclü şimal küləyi axşama daha da şiddətlənəcək. Küləkli hava şəraiti sabah axşam saatlarına qədər davam edəcək. Hidrometeoroloji proqnozlar bürosunun müdir müavini Gülşad Məmmədovanın sözlərinə görə, yaxın 2-3 gün ərzində bölgələrdə hava şəraiti qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, əsasən gecə və axşam saatlarıda bəzi dağlıq və dağətəyi rayonlarında lokal xarakterli leysan yağışları yağacağı və dolu düşəcəyi ehtimal olunur.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












