Ekoloji təmiz avtomobillərlə bağlı kreditlərdə ilkin ödəniş aşağı salınacaq

"Ekoloji təmiz avtomobillərlə bağlı kreditlərdə ilkin ödənişin aşağı salınması müzakirə edilir".
Avtosfer.az xəbər verir ki, bunu "APA-Economics"ə açıqlamasında Azərbaycan Banklar Assosasiyasının (ABA) sədri Zakir Nuriyev deyib. ABA sədri qeyd edib ki, ətraf mühitin mühafizəsi, yaşıl energetikanın inkişaf etdirilməsi və yaşıl maliyyələşdirilməsin inkişaf etdirilməsi, o cümlədən ölkədə istehsal olunan və idxal olunacaq hibrid avtomobillərin artırılması qarşıya qoyulan əsas hədəfdir: "Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə bu tədbirləri artıracağıq. Şübhəsiz ki, bu bütün dünyada bir trendir. Azərbaycan bankları da bu trenddən kənarda deyil. Biz yaşıl energetikanın maliyyələşdirilməsi üzrə bütün zəruri tədbirləri görəcəyik". O əlavə edib ki, ekoloji təmiz avtomobillərə veriləcək kreditlərdə ilkin ödəniş tələbinin aşağı salınması Azərbaycan Mərkəzi Bankı və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə müzakirə olunacaq və lazımı qərarlar veriləcək.
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO











