Ekspert: "Bakıda görünən doğrudan da UNO idi"

İyunun 12-də Bakının bayraq meydanı ərazisində UNO görünməsi barədə məlumat yayılmışdı. Məlumat yerli əhalinin böyük marağına səbəb olub. Milli.Az xəbər verir ki, məsələ ilə bağlı Day.Az saytının əməkdaşı azərbaycanlı tədqiqatçı-ezoterik Vaqif Ələkbərovla əlaqə saxlayaraq fikirlərini öyrənib. "İyunun 11-dən 12-nə keçən gecə görünən obyektin detallı şəkildə öyrənilməsi göstərdi ki, bu nə babil şamı, nə də kvadrokopter deyil. Səmada parlayan UNO tez-tez formasını dəyişir, düzbucaqlı görkəm alır ki, bu da ona memarlıq qurğusu görüntüsünü verir", - ekspert deyib. Onun sözlərinə görə, 1:19-cu dəqiqədə obyektin yaratdığı geniş qırmızı rəngi görmək olur. "İşıq eyni ölçüdə hər tərəfə paylanır. Bunun lazer işığına da bənzətmək olardı, lakin lazer işığının eni azdır. Bu isə həm geniş, həm də bir nöqtəyə yönəlmişdir. Bu cür qeyri-adi şualanma mənbəyi hələ ki, müasir elmə məlum deyil. Bütün cəhətlərə görə demək olar ki, Bakıda görünən doğrudan da UNO idi", - o əlavə edib.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












