Ekspert: "Ordumuza aparılan yardımlar COVID-19 səbəbindən mərkəzləşdirilməlir"

“Avropa ölkələrində olduğu kimi Azərbaycanda da koronavirusun yeni dalğasının qaçılmaz olduğu haqqda fikirlərim artıq özünü statistik rəqəmlərdə də təsdiq edir”.
Bunu “Report”a açıqlamasında Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev deyib.
Onun sözlərinə görə, virusun yayılmasının qarşısını almaq üçün tətbiq ediləcək ümumi qaydalarla yanaşı, mütləq şəkildə döyüş bölgələri üçün nəzərdə tutulan qaydalar da qəbul edilməlidir:
“Bakıdaxili yoluxmaların qarşısını almaq üçün mütləq şəkildə virusa yoluxanların və şübhəlilərin karantinə və izolyasiyaya alınması qaydalarına dəyişiklik olunmalıdır. Virusun superyoluxduruculuq effektinin qarşısını almaq üçün yoluxanların insan toplumu olan yerdə iştirakı təcili araşdırılmalı və orada iştirak edən insanların hamısı karantinə alınmalıdır. Mütləq şəkildə restoranların fəaliyyətində məhdudiyyətlər tətbiq edilməlidir və eyni zamanda ad günü və s. şəxsi tədbirlərdə iştirak edən insanların sayına məhdudiyyət qoyulmalıdır. Bundan əlavə, hazırki vəziyyətlə əlaqədar olaraq mütləq şəkildə döyüş bölgələrinə gedən insanların sayına da məhdudiyyət qoyulmalıdır. Ordumuza aparılan yardımlar mütləq şəkildə mərkəzləşdirilməli və ünsiyyət sayını azaltmaq üçün də həmişə eyni insanlar tərəfindən aparılmalıdır. Döyüş bölgələrində virusun yayılma riskləri barədə maarifləndirmə işləri gücləndirilməlidir. O bölgələr də daxil olmaqla ümumiyyətlə rayon və şəhərlərdə yaşayan adamların sayına uyğun müəyyən olunmuş yoluxma sayının limiti aşılarsa, mütləq şəkildə lokal xüsusi karantin rejimi tətbiq etmək lazımdır ki, burada şəhər və rayonlar arası əlaqə də maksimum şəkildə minimuma endirilsin”.
N.Abdullayev hesab edir ki, artıq tibb tələbələrinin də virusla mübarizədə köməyindən istifadə edilməlidir: “Hər kəs anlamalıdır ki, vəziyyət yaydakı kimi ciddiləşə bilər. Ona görə də yaxın gələcəkdə viruslu xəstələrə tibbi xidmətimizdə bir problem yaranmasın deyə maksimum imkanlarımızdan istifadə etməliyik. Bunlardan da biri mənim daha öncələrdə dediyim - tibb tələbələrinin və orta tibb işçisi işləyəcək insanların da virusla mübarizəyə cəlbi edilməsidir. Unutmaq lazım deyil ki, hazırki vəziyyətdə tibbi personal göstərə biləcəyimiz tibbi xidmət üçün çox vacibdir”.
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI











