Ekspertlər cərimələrin artmağından danışdılar - FOTO

Gündəm 26 İyul 2024 16:31 Oxunub 362
Ekspertlər cərimələrin artmağından danışdılar - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Parklanma qaydalarının pozulması ilə bağlı cərimələrin sərtləşdirilməsi zəruri idi”.  

Bunu nəqliyyat eksperti Elməddin Muradlı bildirib. 

Onun sözlərinə görə, bəzi sürücülər əvvəlki parklanma cərimələrini az hesab etdiyi üçün tez-tez qaydaları pozurdular:  

“Adamlar var beş metr qabaqda yer olduğu halda, gedib ikinci cərgədə avtomobil saxlayırlar. Bu cür xəstə təffükkürlü adamlar özünü kimlərdən üstün tuturlar? Bu gün cərimənin məbləği 80 manat olub. Əlavə olaraq, iki bal da müəyyənləşdirilib. İndi həmin adamlar 10 dəfə belə qayda pozsa, hərəsində ona 2 bal yazılacaq və nəticədə o, sürücülük hüququndan məhrum ediləcək. Bu mübarizə üsulunun effektiv olacağına şübhəm yoxdur”.

Elməddin Muradlı, ödəniş etmədən parklanma yerini tərk etməyə görə əvvəl təyin olunan 10 manatlıq cərimənin artırılmasını məqsədəuyğun hesab etmədiyini vurğulayıb. 

Nəqliyyat eksperti Yasin Mustafayev bildirib ki, parklanma sahəsində cərimələrin artımındakı məqsəd, qaydaları tənzimləməkdir. Onun fikrincə, cərimələrin yüksək olması, qaydaların, qanunların işlək olmasına şərait yaradır:

“Əvvəllər hər hansı bir nəqliyyat vasitəsi səhərdən axşamadək müəyyən bir yeri məşğul edirdi. Oranı tərk edən zaman isə qeyri-leqal şəkildə parkinq xidmətini həyata keçirənlərə müəyyən məbləğdə pul verirdi. İndi isə vəziyyət fərqlidir. Aparılan islahatlar nəticəsini verir. Məqsəd şəhərin mərkəzində fərdi nəqliyyat vasitələrini azaltmaq, ictimai nəqliyyatın rolunu artırmaq, insanlara bunu təşviq etməkdir. Onu da deyim ki, Avropa ilə müqayisə etdikdə bizdə parklanma qiymətləri çox cuzidir. Orada 100-200 avroya qədər parklanma cərimələri var”. 

Qeyd edək ki, Azərbaycanda parklanma qaydalarının pozulmasına görə cərimələr artırılıb.    

(TodayPress)

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh