Elektrik dirəyinə çırpılan maşın 2 yerə bölündü

Göyçay rayonunda ağır avtomobil qəzası baş verib. APA-nın məlumatına görə, hadisə bu gün saat 17:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 222-ci kilometrliyində, Göyçayın Mirzəhüseynli kəndi ərazisində qeydə alınıb. Mirzəhüseynli kənd sakini, 1976-cı il təvəllüdlü Hacıyev Cavid Ağa oğlu 90-BO-513 dövlət nömrə nişanlı, “VAZ 2106” markalı minik maşını ilə yüksək sürətlə hərəkətdə olarkən qəflətən magistral yola çıxan eşşək onun hərəkətinə mane olub və sürücü idarəetməni itirərək avtomobili yol kənarındakı beton elektrik dirəyinə çırpıb. Bundan sonra maşın çökək əraziyə aşıb. Zərbənin təsiri nəticəsində maşın iki yerə bölünüb. Hadisə zamanı sürücü Cavid Hacıyev ağır bədən xəsarətləri ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Koma vəziyyətində olan yaralının vəziyyəti hazırda ağır olaraq qalır. Hadisə zamanı sürücü maşında tək olub.
Elektrik dirəyi aşdığı üçün kəndə enerji verilişi dayanıb. Faktla bağlı araşdırma aparılır.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO















