Elektrik mühərrikli avtobusları idarə edən sürücülərə təlim keçirilirmi? - RƏSMİ CAVAB

Elektrik mühərrikli avtobusların idarə olunması ənənəvi yanacaqla işləyən nəqliyyat vasitələrindən fərqli bacarıq və yanaşma tələb edir.
Avtosfer.az-ın “Baku.ws”ə istinadən məlumatına görə, bu səbəbdən belə avtobusları idarə edən sürücülərin xüsusi hazırlıq keçməsi mühüm əhəmiyyət daşıyır.
Təlimlər yalnız təhlükəsizlik standartlarının təmin olunması üçün deyil, həm də sərnişinlərin rahatlığını artırmaq və onlardan gələn şikayətləri minimuma endirmək məqsədi daşıyır.
Bəs elektrik mühərrikli avtobusları idarə edən sürücülərə hər hansı təlim keçirilirmi? Çünki zaman-zaman bu sürücülərlə bağlı redaksiyamıza şikayətər daxil olur və bəzi sürücülərin bu avtobusları idarə edərkən sərnişinlərə diskomfort yaşatdıqları qeyd edilir.
"BakuBus"ın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Əsmər Əliyeva bildirdi ki, elektrik mühərrikli avtobusları idarə etmək üçün sürücülər xüsusi təlimlərdən keçirlər:
"Bu təlimlərdə sürücülərə elektrik mühərriklərinin iş prinsipləri, enerji idarəetmə qaydaları, təhlükəsizlik tədbirləri və müasir texnologiyalardan istifadə öyrədilir. Təlimlər həm nəzəri, həm də praktik mərhələləri əhatə edir və sertifikatlaşdırma ilə yekunlaşır".
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO












