Elektrikli avtomobil istifadəçiləri benzinlə işləyən maşınlara geri qayıtmaq istəyir

Elektrikli avtomobil istifadəçiləri arasında sorğu keçirilib.
Avtosfer.az xəbər verir ki, bir çox elektrikli avtomobil istifadəçiləri bəzi problemləri əsas gətirərək elektrikli avtomobillərdən imtina edib, benzinlə işləyən avtomobillərə geri dönmək istəyirlər.
Amerikanın beynəlxalq idarəetmə konsaltinq firması “McKinsey & Company” tərəfindən aparılan yeni araşdırma, elektrikli avtomobillərə qarşı sərt mövqe nümayiş etdirib. Araşdırmalara görə, elektrik avtomobil sahiblərinin demək olar ki, yarısı nəqliyyat vasitələrini satıb, yenidən benzinlə işləyən avtomobillərə qayıdırlar. Sorğunun nəticələri olduqca təəccüblüdür.
Bildirilib ki, sorğuda iştirak edən elektromobil sahiblərinin 46%-i nəqliyyat vasitələrini satıb, benzinlə işləyən avtomobil almağı düşünür. Bundan əlavə, sorğuda iştirak edən istifadəçilərin 29%-i sahib olduqları ilk və sonuncu elektromobildən istifadə etdiklərini və gələcəkdə elektrikli avtomobil almağı planlaşdırmadıqlarını bildiriblər. Sorğuda iştirak edən istifadəçilərdən elektrikli avtomobil təcrübələrinə mənfi təsir göstərən məqamları sadalamaq istənilib. İştirakçılar, məsafə narahatlığı, avtomobili evdə doldura bilməmək və ümumi şarj cihazların tapılmaması kimi problemləri sıralayıblar. Bir sözlə desək, ümumi problem batareyanın doldurulması və istifadəsi ilə bağlı olub. Çünki bir çox istifadəçilər, altındakı avtomobillərin real gücündən istifadə edə bilmədiklərindən şikayətlənirlər. Bir sorğu iştirakçısı bildirib ki, onun avtomobili 450 at gücünə malikdir, lakin o, yolda enerji doldurma məntəqələrində vaxt itirməmək və məsafəni tənzimləmək üçün avtomobilindən 100 at gücündə istifadə edir.
(lent.az)
Bu markada nasazlıq aşkarlandı; yüzlərlə avtomobil geri çağırılır
Çuxurlarla dolu yollar Lökbatan sakinlərini cana yığıb - VİDEO
Ölkəyə avtomobil gətirənlərin nəzərinə; gömrükdə nələrlə qarşılaşacaqsınız? - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO - YENİLƏNİB
Sudan istifadəyə görə kimlər ödəniş edəcək? – RƏSMİ AÇIQLAMA
Biləcəridə qazılan yol sürücülər üçün təhlükə yaratmağa davam edir - VİDEO
G7 sammitinin əsas gündəmi hansı mövzu oldu? - Politoloq AÇIQLADI
ABB-nin SMS xidməti müştərilərə xəbərdarlıq edilmədən bahalaşıb? - RƏSMİ AÇIQLAMA
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var? - FOTO - VİDEO
“Gənclik Mall”un şüşələrini təmizləyənlərə dəbilqə verilmir? - VİDEO
TƏBİB-dən qızı qəzada ölən vəkilin iddiaları ilə bağlı AÇIQLAMA










