Elektrikli avtomobillər sonsuzluq yaradır? – MÜHÜM AÇIQLAMA

Elektriklə işləyən avtomobillərdən istifadə getdikcə çoxalır. Məlumdur ki, bu avtomobillər ekoloji cəhətdən təmiz hesab olunur və yanacaq sərfiyyatına qənaət edir. Amma iddalara görə ətraf mühitin çirklənməsinin qarşısını alan bu avtomobillərin insan sağlamlığına mənfi təsiri var. Mütəxəssislərin bildirdiyinə görə elektrikli avtomobillərdə mövcud olan şüanın çoxluğu kişilərdə sonsuzluq yaradır.
Bəs bu iddialar nə qədər doğrudur?
Tibb elmləri doktoru, professsor Adil Qeybulla Bizim Media-ya açıqlamasında bildirib ki, elektrikli avtomobillərin insan sağlamlığına zərərini müəyyən etmək üçün zaman lazımdır.
“Elektrik avtomobillər istehsala təzə buraxılıb və onların insan orqanizminə zərərləri yaxın vaxtda müəyyən edilə bilməz. Buna bəlli bir zaman lazımdır. Bu avtomobillər birinci növbədə ekologiyanı nəzərə alaraq buraxılıb. Burada orqanizm üçün təhlükəli bir maqnit sahəsindən söhbət getmir. Bu cür şayiələr insanlar arasında tez yayılır və onları qorxudur, amma bir şeyi nəzərə almaq lazımdır ki bununla bağlı xəstəliklərə nəzarət üzrə dünyanın aparıcı mərkəzləri məlumat verir” ,- deyə o bildirib.
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA
Bakıda avtobuslar üçün yeni svetofor sistemi: Nə dəyişəcək? – AÇIQLAMA












