"Ələt aeroportu Azərbaycanı Avrasiyanın əsas logistika mərkəzlərindən biri edəcək" - Rəşad Nəbiyev

2027-ci ildə Ələt Azad İqtisadi Zonasının tərkibində istifadəyə veriləcək yeni beynəlxalq yük hava limanı isə Azərbaycanı Avrasiyada əsas logistika mərkəzlərindən birinə çevirəcək. Avtosfer.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsində hesabında bildirib. "Bakıda keçirilən 10-cu beynəlxalq "Caspian Air Cargo Summit"də iştirak etdik. 2006-cı ildən etibarən regionun aparıcı logistika tədbirinə çevrilən bu sammit ölkəmizin qlobal ticarətdə artan rolunu nümayiş etdirir. Bu gün Azərbaycan regionda ən böyük və müasir hava yükü donanmalarından birinə sahibdir. Ümid edirəm ki, Bakıda bir araya gələn sahə liderləri məhsuldar müzakirələri ilə qlobal hava yük daşımalarının inkişafına töhfə verəcəklər",- deyə o qeyd edib.
Ərdoğanın Azərbaycana gəlişi münasibətləri düzəldə bilər? - POLİTOLOQ
Ramiz Mehdiyev oğlunu bu vəzifəyə gətirəcəkmiş - ŞOK ADLAR ÜZƏ ÇIXDI
"Nərimanov" stansiyasında Qarabağla bağlı yeni sərgi açıldı - VİDEO
“İkinci əl” avtomobillər ucuzlaşır? - AÇIQLAMA
Azərbaycanda əlverişsiz hava şəraitində skuterlərə qadağa qoyula bilər? – AÇIQLAMA
Qiymət artımının qarşısını almaq üçün hansı addımlar atılmalıdır? – AÇIQLAMA
Qışda qəza riskini azaltmaq üçün sürücülər nə etməlidir? – AÇIQLAMA
Ərdoğan Zəfər Günü Azərbaycana gəlir
Bu gün maşınla yola çıxanların NƏZƏRİNƏ!
Rusiya-Ukrayna müharibəsindən ən çox yararlanan Hindistandır - POLİTOLOQ
Bakıda sıxlıq olan yollar AÇIQLANIB - YENİLƏNİB












