Ələt limanında 175 tır ilişib
Gündəm
14 Dekabr 2015 00:02

"Ələt limanında yük maşınlarının durğunluğu hava şəraiti ilə bağlıdır"
Ələt dəniz limanında yük maşınlarının sıxlığı yaranıb. Limanda 175 tır Aktaulimanı istiqamətində hərəkət etmək üçün bərəyə yüklənmə növbəsi gözləyir. Bu vəziyyət ötən həftə Xəzər dənizində əlverişsiz hava şəraitinə görə Bakıdanbərə əlaqəsinin dayandırılması ilə bağlıdır. Tırların dəniz üzərindən daşınması üçün nəzərdə tutulan bərələrin sayı 3 ədəddir (hər bərə 28 tır tutumuna malikdir – red.). Hazırda iki bərə “Aktau” limanı yaxınlığındadır, biri isə ötən gün yüklənib və Qazaxıstanagöndərilib. Bərənin bir limandan digərinə çatma müddəti hava şəraitindən asılı olaraq 18-23 saat təşkil edir. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin nümayəndələrinin və Ələt gömrük postunun məlumatına görə, limanda sıxlığa səbəb Türkiyədən gələn tırların Rusiya ərazisindən keçməsinə tətbiq edilən qadağadır. Buna görə də tırlar Türkiyə– Gürcüstan–Azərbaycan–Qazaxıstan marşrutu ilə hərəkət edirlər.
Xəzər Dəniz Gəmiçiliyinin mətbuat katibi Vüqar Sadıxov bildirdi ki, Azərbaycan tərəfindən kifayət qədər bərə ayrılır. “ Son günlər Ələt limanında yük maşınlarının durğunluğu hava şəraiti ilə bağlıdır” deyə Vüqar Sadıxov bildirdi. Yük maşınlarının gömrük qeydiyyatı adi qaydada həyata keçirilir. Eyni zamanda humanitar yüklərin və tez xarab olan məhsulların göndərilməsi ilk növbədə təmin olunur. Türk tırlarının Azərbaycan ərazisindən göndərilməsi ilə əlaqədar yük avtomobillərinin axınının artacağı proqnozlaşdırılır.




Ələt limanı – 13 dekabr 2015

Ələt limanında bərələr
Oxunub : 1918
DİGƏR XƏBƏRLƏR
13 Oktyabr 2026 08:33
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
12 Oktyabr 2026 18:30
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
12 Oktyabr 2026 17:46
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
12 Oktyabr 2026 16:48
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
12 Oktyabr 2026 11:30
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
12 Oktyabr 2026 09:23
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
12 Oktyabr 2026 08:54
Həftəyə tıxacla başladıq - SİYAHI
11 Oktyabr 2026 21:32
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
11 Oktyabr 2026 18:41
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
11 Oktyabr 2026 10:32
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
10 Oktyabr 2026 09:45
Yollarda duman var - Sürücülərin nəzərinə!
9 Oktyabr 2026 22:06
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
ŞƏRH YAZ












