Əlimizdə bilet ola-ola hansı halda təyyarəyə buraxılmaya bilərik?

Məlum olduğu kimi, ötən gün aparıcı Nigar Mahmudova sosial şəbəkə hesabında paylaşım edərək bilet aldığı təyyarəyə buraxılmadığını bildirib.
“Qafqazinfo”nun xəbərinə görə, Türk Hava Yollarının 01:25 saylı gecə reysinə öncədən bilet aldığını deyən aparıcı qeyd edib ki, buraxılmamasına səbəb kimi təyyarənin dolması göstərilib. Hava yollarından bildirilib ki, təyyarə dolduğundan o və onunla birgə 12 nəfər ehtiyat sərnişin kimi qeydə alınıb. Əgər sərnişinlərdən kimsə gəlməsə, onları təyyarəyə götürə bilərlər.
Bu məsələ sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Onlarla şəxs fərqli hava yollarına məxsus uçuşlarda “overbooking” yaşandığını, eyni vəziyyətlə rastlaşdıqlarını yazıblar. Bəs hansı hallarda sərnişinlər ehtiyata düşə bilər? Bunun qarşısını almaq üçün nələrə diqqət etmək lazımdır?
Məsələyə aydınlıq gətirmək üçün turizm eksperti Ceyhun Aşurovla əlaqə saxladıq. O, saytımıza açıqlamasında belə halların əsasən onlayn bilet alınması zamanı baş verdiyini dedi:
“Vətəndaş bilet alarkən “mən şərtlərlə razıyam” bölməsində bu barədə qeyd olunur. Çox insan bu detallara baxmadan təsdiq düyməsini sıxır. Bu halda da aeroportda dediyimiz məsələ ilə qarşılaşa bilər. Adətən, belə hallarda şərtləri daha diqqətlə oxumaq lazımdır. Bu ona görə baş verir ki, təyyarədə sərnişin oturacaq sayının maksimum dolu olmasını optimallaşdırmağa çalışırlar. Bu səbəbdən bəzən belə əlavə bronlar götürə bilirlər. Ehtimal edilir ki, əgər kimsə gəlməzsə, o zaman yer boş qalmasın”.
Ekspertin sözlərinə görə, bu tez-tez rast gəlinən hal deyil. Lakin mövsümi dövrlərdə, tələbatın çox olduğu vaxtlarda belə hallara rast gəlinə bilər:
“Arzu olunandır ki, sərnişinlər biletləri turizm şirkətlərindən alsınlar. Əgər özləri almaq istəyirlərsə, şərtləri diqqətlə oxumaq lazımdır. Bunu çoxumuz oxumuruq, lakin orada bu maddələr qeyd olunur. Bileti aldıqdan sonra “check in” etməyimiz bizim üçün müəyyən qədər təminat yarada bilər. Bu, nadir hallarda rastlanan hadisədir. İstənilən halda hava yolları şirkəti müdaxilə etməlidir. Sizi həmin reyslə yola sala bilməsələr belə, mütləq ya daha üstün klasda uçuş təklif olunmalı və ya kompensasiya verilməlidir”.
Azərbaycanın “Aİ-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr – SİYAHI
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO










