“Elita” üçün nəzərdə tutulan Çin avtomobilləri yığılacaq

1959-cu ildə yaradılan və ilkin olaraq yalnız yüksəkvəzifəli dövlət məmurları və partiya funksionerləri üçün avtomobillər istehsal edən Çinin ən qədim avtomobil istehsalçısı “Hongqi” tezliklə öz məhsullarını Çexiyaya tədarük etməyə başlayacaq.
Avtosfer.az xəbər verir ki, bu barədə yerli avtomobil zavodunda sonrakı yığılması üçün hissələrin Çexiyaya rəsmi idxalçısı olacaq Slovakiyanın “Plastonic” şirkəti məlumat verib.
“Plastonic” şirkətinin icraçı direktoru Branislav Koçper bildirib:
“Bildiyimiz kimi, “Hongqi” lüks avtomobil bazarında qlobal oyunçu olmağa və “Rolls-Royce”, “Bentley” və “Mercedes-Maybach” kimi məşhur brendlərlə rəqabət aparmağa çalışır. Bu, həqiqətən də böyük və iddialı bir işdir. Biz bu tədbirə qatılmaq və regionumuzda avtomobil istehsalçısını təmsil etmək imkanımızdan məmnunuq”. Onun sözlərinə görə, Çin avtomobil istehsalçısının artıq Çexiyada iki, Slovakiyada isə altı diler mərkəzi tikilir.
Hazırda Çexiya bazarı 640 kilometrdən çox məsafə qət edən EH7 elektrik sedanını və 500 kilometrdən artıq yürüş imkanı olan EHS7 krossoverini təklif edəcək. EH7-nin baza qiyməti azı 54 min 400 avro olacaq. EHS7 SUV-nin qiyməti isə 59 min 600 avrodan başlayır.
1981-ci ildə bu markalı avtomobillərin istehsalı dayandırılıb, lakin 1990-cı illərin ortalarında istehsal bərpa edilib. Keçən il FAW-ın bir hissəsi olan “Hongqi” brendi 5 il ərzində 12 modelin satışa çıxarılması ilə Avropa bazarına tammiqyaslı giriş elan edib.
Qeyd edək ki, “Hongqi” sözü Çin dilində “qırmızı bayraq” deməkdir. Bu kəlmə “Honchi” və ya “Hongshi” kimi də tələffüz olunur.
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ










