“Əliyev və Paşinyan yaxşı liderlərdir” - TRAMP

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda keçirilən ənənəvi Milli Dua Səhər Yeməyində (National Prayer Breakfast) çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın ünvanına yüksək ifadələr işlədib. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ağ Ev rəhbəri sülh prosesindəki irəliləyişlərdən danışarkən hər iki lideri “yaxşı liderlər” adlandırıb.
Tramp öz vasitəçiliyi ilə əldə olunan uğurları xatırladaraq bildirib:
“Mən Kamboca-Tailand, Kosovo-Serbiya, Pakistan-Hindistan, İsrail-İran və Ermənistan-Azərbaycan arasındakı şiddətli müharibələri dayandırmışam. Bakı və İrəvan arasında sülh prosesində ciddi irəliləyiş var. Həqiqətən, onlar yaxşı liderlərdir”.
Xatırladaq ki, 2025-ci ilin avqustunda Vaşinqtonda Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında tarixi sülh bəyannaməsi imzalanıb. Həmin sənəd çərçivəsində regionda nəqliyyat dəhlizlərinin açılması, o cümlədən “Trump Route” (Tramp Yolu) layihəsinin icrası nəzərdə tutulur.
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO












