Elməddin Muradlı: "Əhalinin ictimai nəqliyyata əlçatanlığı artırılacaq"

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı son dövrlər nəqliyyat sahəsində həyata keçirilən islahatlar və layihələr barədə fikirlərini açıqlayıb. O bildirib ki, əhalinin mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə bir ildən çoxdur ki, mobilliyin transformasiyası proqramı həyata keçirilir. Xidmət səviyyəsinin yüksəldilməsi, sərnişinlərin daha rahat və sürətli daşınmasının təmin olunması üçün yeni marşrut və əlaqələndirilmiş avtobus zolaqları şəbəkəsi hazırlanıb. Bu gündən Hövsan, Mərdəkan və Şüvəlan qəsəbələri istiqamətində yeni marşrut şəbəkəsinin ilkin tətbiqinə başlanılıb.
“İctimai nəqliyyat və taksi ilə sərnişindaşıma sahəsində islahatlar aparılır. Bu sahəyə davamlı olaraq dövlət tərəfindən dəstək göstərilir. Elə bu göstərilən dəstək sayəsində son bir il ərzində metro və avtobuslarla sərnişin daşınmaları 15 faizə yaxın artıb.
Biz görürük ki, avtobus parkının yenilənməsi və genişləndirilməsi istiqamətində də xeyli işlər aparılır. Son bir ildə təkcə Bakı şəhərində 200-dən çox avtobus istismara verilib. Həmçinin bu il ərzində daha 200 avtobus təmir olunaraq istismara qaytarılacaq. Eləcə də 160 yeni elektrik avtobusunun da alınacağı və sərnişinlərin xidmətinə veriləcəyi də bildirilir”.
Onun sözlərinə görə, uzun müddətdən sonra şəhərlərarası daşımalarda ilk dəfə olaraq Bakıdan Gəncə, Mingəçevir, Zaqatala, Bərdə və Tərtər istiqamətlərində yeni avtobuslar istifadəyə verilib.
Son bir ildə nəqliyyat sahəsinin modernləşdirilməsində nağdsız ödəniş və mobil tətbiqlərin – “AYNA” informasiya sistemi, “Azparking”, “biletim.az”, “BakıKart” da daxil olmaqla bir sıra rəqəmsal həllərin tətbiqinin xüsusi rolu olub.
Həmçinin metro infrastrukturunun inkişafı və yeni stansiyaların tikilməsi üzrə işlər də öz növbəsində davam etdirilir. Düşünürəm ki, bu da vətəndaşların ictimai nəqliyyata əlçatanlığını daha da artıracaq. Ümumilikdə 65 yeni vaqon sifariş edilib, bu vaqonlardan 35 ədədinin bu ilin sonuna qədər ölkəyə gətirilməsi nəzərdə tutulur”.
Nərmin
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI












