Elsiz-obasız, torpaqsız olmaq dünyada heç bir dərdlə müqayisə edilə bilməz - Zəngilan sakini

Elsiz-obasız, torpaqsız və vətənsiz olmaq dünyada heç bir dərdlə müqayisə edilə bilməz. Artıq bizim evimiz, elimiz azaddır və əminəm ki, çox yaxın zamanda “Böyük qayıdış” başlayacaqdır.
Avtosfer.az xəbər verir ki,bunu Trend-ə Zəngilan rayonunun işğaldan azad edilən Vənədli kənd sakini, Yeni Azərbaycan Partiyası Zəngilan rayon Gənclər birliyinin sədri Nərmin Hüseynzadə deyib.
O, tarixi qələbə münasibətilə xalqımızı, xüsusilə də zəngilanlıları təbrik edib: "Düşünürəm ki, elindən-obasından didərgin düşmüş dünyanın bütün insanları azad olmuş vətəninə qarşı həssasdır. Bütün çətinliklərə, çatışmazlıqlara baxmayaraq Vətən ruhu, Zəngilan sevgisi, el-oba həsrəti zərrə qədər də azalmayıb, əksinə, daha da həssaslaşıb. Döyüş əməliyyatları başlayan gündən etibarən saysız-hesabsız gəncimiz könüllü olaraq döyüşdə iştirak etmək üçün müvafiq orqanlara müraciət etdi. Şübhəm yoxdur ki, 45 min zəngilanlı geri qayıdacaqdır. Hesab edirəm ki, xalqımız elə bu gün göstəriş verilərsə, torpaqlarına geri dönməyə tam hazırdır. Dövlətimizin iqtisadi gücü yetərlidir ki, “Böyük qayıdış” tam uğurla baş tutsun".
Nərmin Hüseynzadə bildirib ki, Zəngilan çox gözəl coğrafi mövqeyə malik olan rayonlarımızdandır. Rayon qərbdən dağlıq, şərqdən isə Araz çayına qədər dağətəyi relyefə malikdir: "Zəngilan qızıl, gümüş, mis yataqları, bundan başqa, əhəng daşı yataqları ilə zəngindir. Tütünçülük, üzümçülük, qismən taxılçılıq, meyvəçilik inkişaf etmiş aqrar sahələrimizdir. Son dövrlərdə ölkəmizin inkişaf edən turizm sektoru rayonumuzda da geniş perspektivə malikdir. Əminəm ki, yuxarıda qeyd etdiyim sahələrin inkişafı ilə rayonumuz ölkə iqtisadiyyatı üçün müstəsna əhəmiyyətli, faydalı ola bilər.
Çox böyük ümidlərlə biz Zəngilana geri qayıdacağıq və bundan sonra bütün gücümüzü rayonumuzun inkişafı üçün istifadə edəcəyik.
Mən bütün zəngilanlı gənclərin adından bizim şanlı yürüyüşümüzün əsas memarı olan Ali Baş Komandan cənab İlham Əliyevə təşəkkür edirəm".
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI











