“Elton Məmmədov bizdən 3 milyon rüşvət alıb” deyən qadın yenidən məhkəmə qarşısında

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, 2000-2015-ci illərdə deputat olmuş, hazırda AMEA-nın şöbə müdiri vəzifəsində çalışan Elton Məmmədovla biznesmen tanışı, 1955-ci il təvəllüdlü Lyubov Vladimirovna Bağırovanın məhkəmə çəkişməsi davam edir.
Avtosfer.az xəbər verir ki, Lyubov Bağırova barəsindəki qərardan apellyasiya şikayəti verib.
Şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Fərid Əyyubovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclası iyulun 30-na təyin edilib.
Qeyd: E.Məmmədov L.Bağırovadan xüsusi ittiham qaydasında şikayət edib. O, Nəsimi Rayon Məhkəməsinə müraciətində biznesmen tanışının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri (Böhtan və təhqir) cəzalandırılmasını tələb edib. Bildirilib ki, 2023-cü ilin sentyabrında agentliklərin birində L.Bağırova və həyat yoldaşının müsahibəsi dərc edilib. Məhkəmədə “Nazir qardaşının adı çəkilən iş haqda” adlı həmin məqalədən bəzi hissələr elan edilib: “2008-ci ildə Zirə qəsəbəsindən olan biznesmenlər Elxan və Lyubov Bağırovlar ailəsi ovaxtkı nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədovla əməkdaşlıq etməyə razılıq veriblər. Xalq tərəfindən seçilmiş və qanunverici olan E.Məmmədov öz biznesinə sahib olmaq hüququna malik olmayıb, ona görə də L.Bağırovanın təsisçi və direktoru olduğu MMC-yə faktiki sahib olub və rəhbərlik edib. Şirkət Rusiyadan Nəqliyyat Nazirliyi üçün yol-tikinti texnikasının alışını həyata keçirib. 2012-2014-cü illərdə “Azəryolservis” ASC üçün yol-tikinti texnikasının alınmasına dair müqavilə bağlanarkən vasitəçilik edib. Sövdələşmən ümumi məbləği 17 milyon dollar və 6,100 milyon manatdır. Bütün müqavilələrə Elton Məmmədov “himayədarlıq edib”, sözügüdən məbləğin 20%-ni alıb və öz sözlərinə görə, vəsaiti şəxsən Ziya Məmmədova verib. Pullar Məmmədova birbaşa bankdan, inkassator maşınında və mühafizə altında çatdırılıb. Elxan və Lyubov Bağırovlar dövlət şirkətinin adıçəkilən rəhbəri ilə şəxsən görüşməyiblər, bütün əlaqələr Elton Məmmədov vasitəsilə qurulub”.
E.Məmmədov isə onun barəsində yazılanların böhtan və təhqir olduğunu iddia edib. Məhkəmədə özünü müdafiə edən 69 yaşlı sahibkar L.Bağırova E.Məmmədovla bağlı dediklərinin həqiqət olduğunu bildirib. E.Məmmədov isə ifadəsində L.Bağırova və Elxan Bağırovun 2018-2021-ci illərdə ona maddi yardım etmək məqsədilə dost kimi müraciət etdiklərini deyib.
Nəsimi Rayon Məhkəməsi L. Bağırovanı Cinayət Məcəlləsinin 147-ci (Böhtan) maddəsi ilə təqsirli bilib. Ona qazancının 5 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 6 ay müddətinə islah işləri cəzası verilib.
Xatırlatma: E.Məmmədov deputatlıqdan sonra AzTU-nun strateji inkişaf üzrə prorektoru, AMEA-nın Yüksək Texnologiyalar Parkının direktoru kimi vəzifələrdə də çalışıb.
(pravda.az)
G7 sammitinin əsas gündəmi hansı mövzu oldu? - Politoloq AÇIQLADI
ABB-nin SMS xidməti müştərilərə xəbərdarlıq edilmədən bahalaşıb? - RƏSMİ AÇIQLAMA
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var? - FOTO - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
“Gənclik Mall”un şüşələrini təmizləyənlərə dəbilqə verilmir? - VİDEO
TƏBİB-dən qızı qəzada ölən vəkilin iddiaları ilə bağlı AÇIQLAMA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Avropada aviadaşımalarla bağlı yeni qaydalar bahalaşmaya səbəb ola bilər
Çuxurlarla dolu bu küçə sürücülərə həm ziyan vurur, həm təhlükə yaradır - VİDEO
Metroda kondisionerlər hələ də işləmir? – RƏSMİ AÇIQLAMA
Avtomobili yolda xarab olan sürücülər mütləq bunu etməlidir, yoxsa... — AÇIQLAMA










