Əmək qabiliyyətini itirənlərə müavinət necə ödəniləcək?

“Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinət bundan sonra işçilərə tam həcmdə veriləcək”.
Avtosfer.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial sığorta və pensiya siyasəti şöbəsi müdirinin müavini Emil Əliyev DOST TV-yə müsahibəsində deyib.
“Bildiyiniz kimi, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinət tam şəkildə ödənilirmirdi. Çünki orada sığorta stajı tələbi var idi. Məlumdur ki, 8 il sığorta stajı olana biz 60% ödəniş edirdik. 8-12 il sığorta stajı olana 80% və 12 ildən yuxarı, həmçinin müəyyən kateqoriyadan olan şəxslərə 100% miqdarında ödəniş olunurdu” , – Emil Əliyev bildirib.
O qeyd edib ki, yeni dəyişikliyə əsasən, sığorta stajı və ya hər hansı statusdan aslı olmayaraq, müavinətin məbləği vətəndaşa tam şəkildə – 100% ödəniləcək.
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO












