ƏMƏLİYYAT; Bakıda türklərdən ibarət mütəşəkkil dəstə zərərsizləşdirilib

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları paytaxtın Nəsimi rayonu ərazisində müxtəlif obyektlərdə qumarxana təşkil edən iki qrupun ümumilikdə 15 üzvünü saxlayaraq istintaqa təhvil verib. DİN-in mətbuat xidmətindən verilən məlumata görə, “Çalı Quşu” kafesinə baxış keçirilərkən obyektin qumarxana kimi fəaliyyət göstərməsi müəyyən edilib. Məlum olub ki, Türkiyə Respublikasının vətəndaşı 64 yaşlı Alisa Ateş ətrafına Gündoğmuş Alişan, Sefer Bayraktar, Mehmet Durmaz, Göçer Tuncay və Mingəçevir şəhərində anadan olan 34 yaşlı Fariz Nuriyevi də cəlb edərək mütəmadi olaraq qumar oyunları təşkil edib. Onlar müştərilərin qumar oyunlarında udduğu pulların bir hissəsinə şərik olublar. Əməliyyatçılar ərazidəki “Parpali” kafesinə də baxış keçirərkən eyni durumu aşkarlayıblar. Araşdırmalarla müəyyən edilib ki, Türkiyə Respublikasının vətəndaşı 36 yaşlı Kənan Yıldırım ətrafına xeyli adam yığaraq 1 ilə yaxındır ki, qumar oyunları təşkil edir. Ona bu işdə həmyerliləri - İsa Karslı, Özgül Turqay, Ahmed Tuylu, Bircan Varol və Bakı şəhər sakinləri, Elçin Quliyev, Bağır Əliyoldaşov, Ehtiram Hüseynov, Elçin Abdullayev yardım ediblər. Faktlarla bağlı BMCMİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə iş başlayıb, istintaq araşdırmaları davam etdirilir.
Emin
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı















