Ərdoğan: “Azərbaycan ərazi bütövlüyünü təmin edib”

"Qardaşım İlham Əliyev Azərbaycan xalqının yaşadığı bu qədər kədərinə rəğmən, daimi sabitlik üçün təqdirəlayiq duruş sərgiləyir”.
Avtosfer.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı qələbəyə həsr olunan Zəfər paradında çıxışı zamanı deyib.
“Şəhidlərimizin fədakarlığı nəticəsində Azərbaycan ərazi bütövlüyünü yenidən təmin edib. Artıq Azərbaycan əraziləri illərdir həsrət qaldığı Tərtər çayının sularına qovuşub. Şuşanın başındakı duman artıq dərdli deyil. Əsir xarıbülbül artıq azaddır və daha parlaq açacaq. Köndələn çayı artıq daha coşqun axacaq, Araz mahnısını daha yaxşı oxuyacaq, Qarabağ şikəstəsini oxuyan nəfəslər daha güclü çıxacaq. Arazı ayırdılar, qum ilə doyurdular. Mən səndən ayrılmazdım, zülm ilə ayırdılar. Ay Laçın, Can Laçın, mən sənə qurban Laçın! Gözəlliyinə qurban olduğumuz Laçın artıq azaddır. Laçın kimi, Şuşa kimi, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam və Kəlbəcər də artıq azaddır”, - o vurğulayıb.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












