Ərdoğan: “Azərbaycan Ermənistanın quldurcasına işğal etdiyi torpaqlarını bir-bir azad edir”

“Ermənistanın soyqırımı törətdiyi Dağlıq Qarabağ başda olmaqla, Azərbaycan torpaqlarının bir hissəsinin işğalı təxminən 30 ildir davam edir. Beynəlxalq ictimaiyyətin bu soyqırımı və işğala illərdir səssiz qalmasından cəsarətlənən Ermənistan mülki əhaliyə qarşı yeni təcavüzkar hərəkətlərini davam etdirir”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, buna görə də Azərbaycan işğal altındakı torpaqlarını azad etmək üçün əks-həmlə əməliyyatına başlayıb və Ermənistanın quldurcasına işğal etdiyi əraziləri bir-bir geri alır: “Türkiyə bundan sonra da “Bir millət, iki dövlət” olaraq haqlı mübarizəsində Azərbaycan dövlətinin, xalqının yanındadır. Azərbaycanlı qardaşlarımıza verdiyimiz dəstəyimizi bütün imkanlarımızla davam etdirəcəyik. Bu regional problemin həlli üçün sözdə təşəbbüslə çıxış edən dövlətlər, beynəlxalq təşkilatlar təəssüf ki, bu günə qədər problemi həll edə bilməyiblər. Bu dövlətlərin və təşkilatların davranışı Ermənistanın ərköyünləşməsinə, yeni işğal fəaliyyətlərinə başlamasına səbəb oldu. Qarabağ münaqişəsinin həlli üçün BMT qətnamələrinin və beynəlxalq hüququn tələblərinin icra olunması lazımdır. Türk millətinə qarşı hər fürsətdə təcavüzkar və düşmən mövqe nümayiş etdirməkdən çəkinməyən Ermənistan bölgədə sülhün, sabitliyin önündə ən böyük əngəldir”.
Ərdoğan qeyd edib ki, Ermənistan regionda geniş münaqişə ocağının yaranmasında maraqlıdır: “Baş verən son proseslər kimin həqiqətən sülh tərəfdarı olduğunu göstərdi. Beynəlxalq ictimaiyyət bu həqiqətləri görərək, illərdir tətbiq etdiyi ikili standartlardan vaz keçməli və Ermənistanın Azərbaycan torpaqlarındakı mövcudluğuna son qoymalıdır”. (APA)
Prezidentin Qırğızıstana işgüzar səfəri başa çatıb - FOTO
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bişkekdə keçirilən görüşlər Azərbaycanın siyasi tarixi üçün niyə əhəmiyyətlidir? - AÇIQLAMA
ŞƏT-lə dialoq tərəfdaşı rolunda əməkdaşlıq Azərbaycana nə vəd edir? - DEPUTAT
Yeni tədris ilində tıxac əvvəlki illərdən daha çox artacaq - MÜTƏXƏSSİS
İşıq dirəkləri olan küçə qaranlığa qərq olub: Sürücülər və piyadalar təhlükədədir - VİDEO
Taksidə kondisionerə görə əlavə pul tələb edilə bilər? – AÇIQLAMA – VİDEO
Azərbaycanın hava məkanı Ermənistanı geridə qoydu – Ekspert rəqəmləri AÇIQLADI
Əliyevlə Paşinyanın görüşündən kadrarxası görüntülər - VİDEO
Bişkekdə Azərbaycan və Belarus prezidentlərinin görüşü olub - FOTO
İlham Əliyev və Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak edirlər - FOTO - YENİLƏNİB










