Ərdoğan Əli Əsədovla videobağlantıda: “Sizin zəfərinizlə çox xoşbəxt olduq” - VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov arasında videobağlantı vasitəsilə görüş keçirilib.
Görüş Ankarada və Bakıda keçirilən birgə ağacəkmə mərasimi çərçivəsində baş tutub.
Bu barədə məlumat Türkiyə prezidentinin rəsmi “Twitter” səhifəsində yerləşdirilib.
Video bağlantı əsnasında Türkiyə Prezidenti Azərbaycanı Qarabağda qazandığı qələbə münasibətilə təbrik edib. O qeyd edib ki, Türkiyə Azərbaycanın qazandığı zəfərə görə çox xoşbəxtdir.
Baş nazir Əli Əsədov isə qardaş türk xalqının və onun siyasi rəhbərliyinin müharibə müddəti ərzində Azərbaycana göstərdiyi hərtərəfli dəstəyə görə Azərbaycan xalqı adından minnətdarlığını ifadə edib.
Bakıda keçirilən mərasimdə iştirak edən Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu da video bağlantıya qoşularaq bildirib ki, Türkiyə Prezidentinin tapşırıqları əsasında qardaş Azərbaycanın zəfər coşqusunu paylaşmaq, masa üzərində olan məsələlərə dəstək vermək və birgə koordinasiya etmək üçün Bakıdadır.
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI
Yeni Günəşlidə yollar niyə yarımçıq asfaltlanıb? – Sakinlər NARAZIDIR - VİDEO
Bakı Metropolitenində İŞ SAATI dəyişdirilir
Bakı niyə geniş relsli nəqliyyat şəbəkəsinə ehtiyac duyur? – EKSPERT
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - FOTO - VİDEO
Vahid məktəbli forması ilə bağlı yeni qaydalar; vətəndaşlar nə düşünür? – SORĞU - VİDEO
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərindən GÜC NÜMAYİŞİ - VİDEO
Yoldakı çuxurlar avtomobilin daha çox hansı hissələrinə zərər vurur? - EKSPERT












