Ərdoğan Qara dənizdə tankerlərə edilən hücumla bağlı xəbərdarlıq edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dənizdə "Kairos" və "Virat" tankerlərinin hücuma məruz qalmasına münasibət bildirib. Avtosfer.az "Haber Global"a istinadən xəbər verir ki, o, bu barədə Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində danışıb. "Rusiya və Ukrayna arasında müharibə Qara dənizdə naviqasiya təhlükəsizliyini təhdid edəcək səviyyəyə çatıb. Cümə günü iqtisadi zonamızda ticarət gəmilərinin hədəfə alınması narahatedici eskalasiyadan xəbər verir. Biz öz zonamızda naviqasiyanın təhlükəsizliyini, həyatı və ətraf mühiti təhdid edən bu hücumları qəbul edə bilmərik. Bu kimi hallarla bağlı bütün tərəflərə lazımi xəbərdarlıqları edirik. Biz də müharibənin dayandırılmasına yönəlmiş son hadisələri diqqətlə izləyirik və hər fürsətdə lazımi töhfə verməyə hazır olduğumuzu ifadə etmişik", - o bildirib. Xatırladaq ki, hər iki tanker noyabrın 29-da Qara dənizdə zədə alıb.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












