Erkən nikahlar qadın hüquqlarının pozulması kimi
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliynin maliyyə dəstəyi ilə “Müasir Azərbaycan Qadını” İctimai Birliyinin 01 iyun -31 iyul 2024-cü il tarixə qədər “Erkən nikahlar qadın hüquqlarının pozulması kimi” adlı layihəsi Neftçala, Lənkəran, Masallı, Cəlilabad və Lerik rayolarında həyata keçiriləcəkdir. Hər rayonda 25 nəfər iştirakçı olmaqla ümumilikdə 125 nəfər layihəyə cəlb ediləcəkdir.
Layihənin əsas məqsədi əhali arasında məlumatlandırma yolu ilə erkən nikahların azaldılması, qadın və uşaq hüquqlarının qorunmasıdır.
Tədbirlərin həyata keçirilmə məqsədi 18 yaşa çatmayan qızların hüquqlarının qorunmasını və erkən nikahların azaldılmasını təmin etməkdir. Bunun üçün regionlarda valideynlər, müəllimlər, bələdiyyə üzvləri və yuxarı sinif şagirdləri arasında məlumatlandırma kompaniyası aparılacaq, qadın və uşaq hüquqlarının pozulması hallarının aradan qaldırılması üçün tədbirlər görüləcəkdir.
Layihənin vəzifəsi əhalinin müxtəlif qrupları arasında maarifləndirmə işlərini həyata keçirməklə nikah yaşına çatmayan qız uşaqlarının zorla ərə verilməsi, nikaha daxil olunmasının qarşısının alınmasıdır.
Layihənin bu bölgələrdə həyata keçirilməsində məqsəd müəyyən edilmiş rayonların erkən nikahlara çox təsadüf edilməsidir. Bu tədbirlərdə valideynlərə, müəllimlərə, yuxarı sinif şagirdlərinə erkən nikahların qanuna zidd olduğunu, qadın və uşaq hüquqlarının pozulduğunu, gələcəkdə belə nikahdan doğulan uşaqların müxtəlif xəstəliklərlə üzləşdiyini gənc qadınların fiziki, mənəvi və psixoloji sarsıntılara məruz qaldığı izah ediləcək və erkən nikahlara təhrik edilən qızların hüquqlarının müdafiəsi mexanizmi izah ediləcəkdir.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












