Erməni ekspertlər sabah Azərbaycana gəlir

Erməni ekspertlər sabah Bakıya səfərə yola düşəcəklər. Avtosfer.az yerli mediaya istinadən xəbər verir ki, Ermənistan hökuməti bugünkü iclasında 21-22 noyabr tarixlərində Bakıda keçiriləcək dəyirmi masada 5 ekspertin iştirakını təmin etmək üçün İrəvan-Bakı və Bakı-İrəvan çarter reyslərinin təşkilinə görə 17 milyon 550 min dramın ayrılması barədə qərar qəbul edib.
Qərarın əsaslandırılmasında deyilir ki, dəyirmi masada iştirak Ermənistanla Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri arasında təmasların intensivləşməsinə və iki dövlətin cəmiyyətləri arasında etimadın möhkəmləndirilməsi mexanizmlərinin formalaşdırılmasına imkan verəcək.
Qeyd edək ki, 22 oktyabrda İrəvanda Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa keçirilib. Dəyirmi masa Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın iştirakı ilə baş tutub. Vətəndaş cəmiyyəti nümayəndələrinin görüş təşəbbüsü sülh gündəliyini 8 avqust 2025-ci il tarixində Vaşinqtonda qəbul edilmiş Birgə Bəyannamə ruhunda təbliğ etmək məqsədi daşıyıb.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












