Erməni hərbçilər bu dəfə pişiyi təxribatlarına alət etdilər - FOTO - VİDEO

Xəbər verdiyimiz kimi, bir neçə gündür Ermənistan ordusu təmas xəttində atəşkəsi pozur.
Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, atəşkəsin pozulmasının fonunda erməni hərbçilərin təhrikedici və ya intizamsız davranışları da diqqət çəkir. Belə ki, bir neçə gün əvvəl erməni hərbçinin ordumuza məxsus posta doğru daş ataraq təhqiramiz hərəkətlər etməsindən sonra bu dəfə onlar üzərinə söyüş yazılmış kağızı pişiyə yapışdıraraq postumuza göndəriblər.
Aydın məsələdir ki, Azərbaycan videodakı bu hərbçini asanlıqla neytrallaşdıra bilərdi, amma təmkinli reaksiya verdi.
Baş verənlərin Ermənistan ordusunda nizam-intizam məsələsi, yoxsa Azərbaycanı təxribata çəkmək cəhdi olması da hələ aydın deyil. Bununla belə Ermənistan öz əsgərlərinin nizam-intizamına diqqət etməli və bu cür təxribatçıları cəzalandırmalıdır. Əks halda, bu cəzanı Azərbaycan özü təmin edəcək.
O da məlumdur ki, erməni hərbçilərin sərhəd zonasında nizamnaməyə zidd davranması, Azərbaycan əsgərlərinə qarşı təxribat xarakterli addımları Aİ missiyasının gözləri önündə baş verir və Ermənistan tərəfi bu varlığı öz manipulyativ məqsədləri üçün istifadə edir.
Bu məqamda Ermənistan Baş naziri Nikol Paşinyanın ölkəsinin Müdafiə Nazirliyinə Azərbaycanla atəşkəsi pozmamaqla bağlı təlimatını xatırlatmaq yerinə düşür. Necə olur ki, hökumət rəhbəri MN rəhbərliyinə tapşırıq verir, lakin əsgərləri yenə də təxribatlara əl atır. Bu isə Paşinyanın “Ermənistan müharibəyə deyil, sülhə doğru gedir”, - açıqlamasına dair sual doğurur.


"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












