Erməni lobbisinin İsrail-Azərbaycan münasibətlərini pozmağa çalışdığına diqqət cəlb edilib

İsraildə fəaliyyət göstərən "Azİz" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası ölkə hakimiyyətinə və parlament üzvlərinə müraciət edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, Assosiasiyanın İsrailin prezidenti Reuven Rivline, Baş naziri Benyamin Netanyahuya, knesset (parlament) spikeri Yariv Levinə, xarici işlər naziri Qabi Aşkenaziyə, İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, deputat Yevgeni Sovaya ünvanladığı məktubda dünya KİV-lərində Azərbaycan ərazisində Ermənistanla baş verən hərbi toqquşmanın obyektivlikdən uzaq şəkildə, faktlara məhəl qoyulmadan işıqlandırılmasından narahatlıq bildirilib. "Bu zaman onlar Azərbaycanın müharibə zonasından uzaqda olan şəhərlərinin raket atəşinə məruz qalması, dinc əhali arasında tələfatların olması və erməni ordusunun digər hərbi cinayətləri kimi faktlar barədə susurlar. Burada məqsəd dünyanı aldatmaqdır – münaqişədə həqiqət kimin tərəfindədir, kim təcavüzkardır və kim təcavüzün qurbanıdır".
Azərbaycanla müqavilə öhdəliklərindən imtina etmək və bu ölkəyə silah-sursat verilməsinə son qoymaq üçün Ermənistanın və İsraildə fəaliyyət göstərən erməni lobbisinin rəsmi Tel-Əvivə təzyiqləri artırdığına diqqəti cəlb edən "Azİz" bunun yolverilməz olduğunu bəyan edib: "Bu gün tolerantlığın və mültikulturalizmin çoxəsrlik ənənərini davam etdirən Azərbaycan xalqı göstərilən köməyə görə açıq şəkildə İsrailə minnətdarlığını bildirir. Azərbaycanla mehriban qonşuluq və əməkdaşlıq münasibətlərinin qorunub saxlanılması İsrailin strateji maraqları daxilindədir və biz heç kimə bu münasibətləri pozmağa imkan verməməliyik".
Azərbaycanın “Aİ-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr – SİYAHI
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO










