Ermənilər əkin sahələrini atəşə tutsa da, bizə mane ola bilmir - Sahibkar

Ermənistan silahlı qüvvələri cəbhə bölgəsində Azərbaycanın yaşayış məntəqələri ilə yanaşı, təsərrüfat sahələrini də atəşə tutur.
Avtosfer.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Ağcabədi rayonunun Şərəfxanlı kənd sakini, sahibkar Elşən Məmmədov deyib.
O bildirib ki, o, kənd ərazisində uzun müddətdir ki, pambıq əkini ilə məşğuldur: "30 hektar pambıq sahəsi əkmişəm. Hər il olduğu kimi, bu il də pambıq sahəsi əkmişəm. Hazırda pambıq yığımı ilə məşğuluq. Ermənistan hərbi birləşmələri Azərbaycan Silahlı Qüvvələri qarşısında tab gətirə bilmədikləri üçün mülki şəxsləri hədəf alır. Kəndləri, yaşayış məntəqələrini və əkin sahələrini atəşə tuturlar. Amma buna baxmayaraq, biz öz işimizlə məşğuluq, sahələrimizdə işlərimizi görürük.
Erməni kimdir ki, bizi panikaya sala. Azərbaycan Ordusu onları tam depressiya vəziyyətinə gətirib çıxarıb. İndi onlar bilmirlər hansı yolla bizə mane olsunlar. Amma bunu da bacarmayacaqlar. Bütün cəhdləri boşa çıxır. Hazırda sahədəyik, işlərimizlə məşğuluq. Ötən illə müqayisədə bu il daha çox məhsul yığırıq. Mən və ailə üzvlərim təsərrüfat işlərimizlə məşğuluq. Bizi erməninin heç bir təxribatı qorxuda bilməz. Kəndimiz cəbhə bölgəsində yerləşsə də, heç nədən çəkinmirik".
Gültən
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI











