Ermənilər Gəncəni vurdu - 2-si uşaq olmaqla 5 ölü, 35 yaralı var - YENİLƏNİB
Gündəm
17 Oktyabr 2020 02:10

Hikmət Hacıyev: “Gəncədə mülki şəxslər arasında itkilərin olduğu bildirilir”
Prezidentin köməkçisi Hikmət Hacıyev bildirib ki, Gəncəyə ballistik raket hücumu nəticəsində ilkin olaraq 35 nəfər yaralanıb, 5 nəfər həlak olub. Ölənlərdən 2-si uşaqdır: “Gəncəyə qarşı balistik raketlər Ermənistan ərazisindən atılıb. Döyüş bölgəsindən çox uzaqdır. Orada hərbi zərurət yoxdur. Ermənistanın Xarici İşlər Nazirliyi bu mənfur müharibə cinayətlərinə görə dövlət məsuliyyətindən boyun qaçırmağa çalışır”.
***
Baş Prokurorluqdan bildirilib ki, düşmənin silahlı qüvvələrinin 17.10.2020-ci il tarixdə gecə saat 01 radələrində növbəti dəfə cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən Cavadxan qəsəbəsini raket atəşinə tutması nəticəsində şəhər sakinləri arasında xəsarət alanlar olmuş və mülki infrastruktur obyektlərə külli miqdarda ziyan dəymişdir. Hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin və zərər dəymiş mülki infrastruktur obyektlərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir. İctimaiyyətə yaxın vaxtlarda ətraflı məlumat veriləcəkdir".
***
Düşmənin Gəncəyə raket hücumu zamanı 20-dən çox ev dağılıb.
***
Gəncədə mülki şəxslər arasında itkilərin olduğu bildirilir. Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb. “Ermənistana yeni raket sistemləri gətirildi. Bundan dərhal sonra onlar Azərbaycan şəhərlərindəki mülki insanlara xain və qəddarcasına hücum etməyə başladılar. Gəncədə mülki şəxslər arasında itkilərin olduğu bildirilir. Ermənistan dövləti terror siyasətinin təzühürüdür”, - o bildirib.
Oxunub : 2226
DİGƏR XƏBƏRLƏR
25 Sentyabr 2026 20:30
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
25 Sentyabr 2026 17:58
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
25 Sentyabr 2026 15:41
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
25 Sentyabr 2026 12:18
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
25 Sentyabr 2026 11:30
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
25 Sentyabr 2026 11:00
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
25 Sentyabr 2026 08:18
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO
24 Sentyabr 2026 19:30
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
24 Sentyabr 2026 18:59
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
24 Sentyabr 2026 18:07
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
24 Sentyabr 2026 14:41
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI
24 Sentyabr 2026 11:00
Yeni Günəşlidə yollar niyə yarımçıq asfaltlanıb? – Sakinlər NARAZIDIR - VİDEO
ŞƏRH YAZ












