Ermənilər Qarabağa qayıdır? - 2000 nəfərlik kortej ...

Qarabağdakı keçmiş separatçı rejimin təhlükəsizlik şurasının katibi olmuş Samvel Babayan öz ətrafı vasitəsilə son zamanlar Qarabağ ermənilərini bölgəyə qayıtmaq üçün razı salmağa çalışır.
Bu məlumatı “Hraparak” qəzeti yayıb.
Məlumata görə, Babayanın qohumları onun adından deyirlər ki, əgər 2000 insan toplaşa bilsə, onlar Xankəndiyə oradan çıxdıqları kortejlə qayıda biləcəklər. Bu fonda Babayanın adamları həmçinin bu insanların Azərbaycan hakimiyyəti altında yaşayacaqlarını deyir:
“Babayan deyir ki, şəxsən özü geri dönüş marşına rəhbərlik edəcək. Daha dəqiq desək, Babayan “Kadırov-2″ olmaq istəyir (Çeçenistan lideri Ramzan Kadırovun Rusiya Prezidenti Vladimir Putinə sədaqəti nəzərdə tutulur – red.). Samvel Babayan Qarabağın Azərbaycanın tərkibinə keçməsindən öncə tək-tük adamlardan idi ki, Azərbaycanla qarşılıqlı anlayış tapılmasını ictimai şəkildə deyirdi”.
Qəzet yazır ki, Babayanın mövqeyi ilə separatçıların böyük qismi razı deyil. Onlar həmçinin Babayanın məqsədinin Qarabağa dönüş yox, Paşinyana gizli dəstək göstərmək olduğunu düşünürlər. Yəni Babayan bunun sayəsində Qarabağ ermənilərini Ermənistandakı etirazlardan kənarda saxlamağı bacarmalıdır. SEO Xidməti
“Hraparak” həmçinin Xankəndidə Rusiya konsulluğunun açılması planının Babayanın erməniləri geri qaytarmaq istəməsiylə nə qədər əlaqəli ola biləcəyi ehtimalına da diqqət yetirib. Lakin qəzet konsulluğunun açılmasının ermənilərin geri dönüşü üçün olmadığı qənaətinə gəlib:
“Bizim Qarabağın “siyasi dairələrindəki” mənbəmiz deyir ki, əslində rusiyalılar konsulluğu sülhməramlılara alternativ olaraq açırlar. Sülhməramlılar getsə də Rusiya regiondan getmək istəmir və sadəcə Xankəndidə gözlərinin və qulaqlarının olmasını istəyir”.
Mənbə: Globalinfo.az
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub - FOTO
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin Özbəkistana səfəri ilə bağlı paylaşım edib - VİDEO
Hikmət Hacıyev: “İki dilin kombinasiyasında danışmağa çalışırıq” - VİDEO
İlham Əliyev və Mehriban Əliyeva Daşkənddə Heydər Əliyevin memorialını ziyarət ediblər - YENİLƏNİB
Hikmət Hacıyevə Özbəkistan səfərində özəl hədiyyə - FOTO
İlham Əliyev Özbəkistanda dövlət səfərindədir - VİDEO
Prezident İlham Əliyevin səfəri Özbəkistan mediasının diqqət mərkəzində - VİDEO
Daşkənddə İlham Əliyevin dövlət səfəri ilə bağlı qarşılanma bannerləri yerləşdirilib - VİDEO
Daşkənd hava limanında Prezident İlham Əliyevin qarşılanması üçün hazırlıq işləri aparılır - VİDEO - YENİLƏNİB
İlham Əliyevin səfəri öncəsi Daşkənd səmasında dron şousu - VİDEO
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA










