Ermənilər Rusiyanın cənubunda yeni "Qarabağ" yaradırlar - VİDEO
Ermənilər, sadəcə, Ermənistanla həmsərhəd olan dövlətlərə qarşı ərazi iddiaları ilə çıxış etmirlər. Onlar indi gözlərini Rusiyanın cənubuna tikiblər.
Rusiyanın Rostov vilayətindəki Myasnikov rayonunu ermənilər "doğma, əzəli" hesab edirlər.
Rostov şəhərinə bitşik olan bu rayonun sakinlərinin 56,1 faizi ermənilərdir.
Buradakı Çaltır, Krım, Bolşie Salı, Sultan Salı, Nesvetay və s. kəndlərində yaşayan ermənilər həmin yaşayış məntəqələrini öz "tarixi əraziləri" hesab edirlər.
Rayonun girəcəyində, yolun kənarındakı nişan lövhəsində də erməni və rus dillərində "Myasnikov rayonuna xoş gəldiniz" yazılıb.
Yerli ermənilərdən biri video çəkərək sosial şəbəkələrdə də paylaşıb və deyib: "Darıxmayın, yaxınlarda elə lövhələr ermənilərin kompakt yaşadıqları Anapa, Soçi və digər şəhərlərdə də olacaq. Rusiyanın cənubu bizimdir".
Rostovla yanaşı, ermənilər Krasnodar diyarında çox fəallaşıblar. Krasnodardakı ermənilərin diaspor təşkilatları bu diyarın "qədimlərdə Böyük Ermənistanın bir hissəsi" olması ilə bağlı yazıları sosial şəbəkələrdə paylaşırlar.
Hətta Krasnodarın "Böyük Ermənistan"a daxil olunduğu "xəritə"lər də çap edilib və ermənilərin evlərində divarlara vurulur.
Rusiyanın Stavropol diyarında da eyni vəziyyətdir. Yerli icraedici və qanunverici strukturlarda təmsil olunmuş ermənilərin sayı artdıqca erməni separatizmi daha da güclənib.
Yerli dövlət qurumları ermənilərin separatizminin "şişirtmə" olduğunu deyərək "situasiya tam nəzarət altındadır" söyləsələr də, durum ciddi müdaxilə tələb edir.
Krasnodar, Rostov və Stavropoldakı ermənilər artıq mədəni muxtariyyət tələb edir, yerli diaspor strukturlarının siyasi-ictimai təşkilatlar qismində yenidən qeydiyyata alınmasını tələb edirlər.
Lakin bütün bunlar yerli rusların və xüsusilə də Kuban kazaklarının səbr kasasını doldurur.
Əvvələr ermənilərin belə davranışı kazakların cəza aksiyalarına səbəb olmuşdu.
Məsələn, 2002-ci ilin sentyabrında Slavyansk-Kuban, 2005-ci ilin martında isə Novorossiysk şəhərində kazaklar ermənilərin biznes obyektlərinə, təşkilat ofislərinə və evlərinə hücum çəkmişdilər. Onlarla erməni döyülmüşdü, onların ofisləri qarət olunmuş və dağıdılmışdı.
Rusiyanın cənubuna miqrantlar qismində yollanan və orada məskunlaşan ermənilərin ərazi iddiaları ilə çıxış etmələri indiki intensivlikdə davam edərsə, yeni aksiyalar əsla istisna deyil.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












