Ermənilərin atdığı raketlər İran ərazisinə düşüb - FOTO

Ermənilərin atdığı raketlər İran ərazisinə düşüb.
Raketlərdən biri İranın Şərqi Azərbaycan əyalətinin Heris şəhərinin Ağa Əlilu kəndinə, digəri isə Güney Azərbaycanın Qulubəyli kəndinə düşüb.
İlk hadisə barədə mediaya açıqlama verən Heris şəhərinin fərmandarı Əlirza Xakpur deyib ki, raket oktyabrın 13-də günorta saat 15:00 radələrində Ağa Əlilu kəndinin əkin sahələrinə düşüb:
“Təəssüflər olsun ki, Qarabağ bölgəsində gedən savaşa görə, Ağa Əlilu kəndinə bir raket düşüb. Raketin kəndin əkin sahəsinə düşməsi səbəbilə ölən və yaralanan yoxdur və hazırda məsələ araşdırılır”, - deyə Heris şəhərinin fərmandarı Əlirza Xakpur bəyan edib.
Heris şəhəri Təbrizin şimal-şərq istiqamətinin 70 kilometrliyində yerləşir.
ANT-nin məlumatına görə, erməni silahlılarının atdığı, Güney Azərbaycanın Qulubəyli kəndinə düşmüş digər raket isə yaşlı kişinin xəsarət almasına səbəb olub.
Hazırda həmin ərazidə xilasetmə işləri aparılır.
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI












