Ermənilərin atdıqları partlamamış hərbi sursatlar, minalar zərərsizləşdirildi

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Bərdə, Goranboy, Naftalan, Füzuli, Şəmkir, Tərtər rayonları, Gəncə və Yevlax şəhərləri ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 94 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 2 müraciət daxil olub.
ANAMA-dan verilən məlumata görə, daxil olmuş 96 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Hacılar, Qaraxanlı, Şənlik, Avşar, Aşağı Avşar, Minəxorlu, Hüsülü kəndləri, Tofiq İsmayılov küçəsi, Ağdam rayonunun Orta Qışlaq, Əfətli, Kolqışlaq, Mirəşelli, Çəmənli, Baharlı, Böyüklü, Sarıcalı, Zəngişalı kəndləri, Baharlı-2 qəsəbəsi, Bərdə rayonunun Yeni Əyricə, Zümürxan, Otuzikilər, İmamqulubəyli, Ərəblər, Nazırlı, Quşçuluq, Əyricə kəndləri, Nüşabə küçəsi, Naftalan rayonunun Qaşaltı Qaraqoyunlu kəndi, Füzuli rayonunun Şükürbəyli, Yuxarı Veysəlli kəndləri, 3-cü və 5-ci Zobcuq qəsəbələri, Şəmkir rayonunun Aşağı Seyfəlli kəndi, Tərtər rayonunun Azad Qaraqoyunlu, Düyərli, Ələsgərli, Qaynaq, Sarıcalı, Yuxarı Sarıcalı, Yenikənd, Köçərli, Keçəlli, Səhləbad, Güyərli, Əskipara kəndləri, Naxır qəsəbəsi, E.Səfərov, H.Aslanov, Vaqif küçələri, Gəncə şəhəri Kəpəz rayonu, Yevlax şəhəri Aran qəsəbəsi Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 77 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.
Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 8 ədəd partlamamış hərbi sursat (PHS), 3 ədəd 9N235 bombacığı, 3 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 45 ədəd partlamış mərmi qalıqları aşkar olunub.
Agentliyin partlayış qrupu tərəfindən 3 ədəd partlamamış hərbi sursat (PHS), 3 ədəd 9N235 bombacığı, mexaniki minatəmizləmə qrupu tərəfindən 25 ədəd piyada əleyhinə mina (24 ədəd PMN və 1 ədəd PMD-6) zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 42 777 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI
Yeni Günəşlidə yollar niyə yarımçıq asfaltlanıb? – Sakinlər NARAZIDIR - VİDEO
Bakı Metropolitenində İŞ SAATI dəyişdirilir
Bakı niyə geniş relsli nəqliyyat şəbəkəsinə ehtiyac duyur? – EKSPERT
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - FOTO - VİDEO
Vahid məktəbli forması ilə bağlı yeni qaydalar; vətəndaşlar nə düşünür? – SORĞU - VİDEO
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərindən GÜC NÜMAYİŞİ - VİDEO












