Ermənilərin Füzulini atəşə tutması yanğısöndürən maşına ziyan vurub - FOTO

Ermənistanın silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törətməkdə davam edir.
FHN-dən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin atdığı mərmi Ağdam rayonunda vətəndaşa məxsus fərdi yaşayış evini dağıdıb. Əraziyə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyi Qarabağ Regional Mərkəzinin xilasediciləri tərəfindən bir nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Füzuli rayonuna düşən mərmi FHN Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) yanğınsöndürmə avtomobilinə ziyan vurub. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Düşmənin atdığı mərmi Goranboy rayonunda yerləşən FHN DYMX Xocalı rayon Yanğından Mühafizə Hissəsinin inzibati binasına və yaxınlıqdakı minik avtomobilinə ziyan vurub. Xəsarət alan yoxdur.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur.

“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO











