Ermənilərin sərhəddə şok planları üzə çıxdı - Müdafiə Nazirliyindən AÇIQLAMA
Gündəm
27 May 2021 15:43

Onların məqsədi qüvvələrimizin arxasına keçərək təminat yolunu minalamaq olub
"Ermənistan tərəfi mayın 27-i saat 03.00 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində kəşfiyyat-diversiya qruplarının törətdiyi təxribatları ört-basdır etmək məqsədilə həmişə olduğu kimi yenə də yalan məlumat yayıb. Ermənistan əsgərləri Kəlbəcərin Yuxarı Ayrım kəndi ərazisində tərksilah ediliblər. Eyni zamanda tank birləşmələri daxil olmaqla ön xəttə qüvvələri konsentrasiya ediblər". Avtosfer.az xəbər verir ki, bu sözləri Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov deyib. "Sərhədimizi keçərək ərazimiz daxilində mina işlərini aparmağa və təxribat əməllərini törətməyə cəhd göstərən diversiya qrupunu ermənilər guya mühəndis-istehkamçılar kimi qələmə verir. Əgər elədirsə, o zaman erməni hərbi mühəndisləri Azərbaycan ərazisində nə kimi mühəndis işləri görə bilər?
Hərb işindən azacıq xəbəri olan hər bir kəs anlayır ki, kiçik qruplarla mühəndis işləri həyata keçirilmir. Bu tərkibdə qruplar kəşfiyyat-diversiya dəstələrində olur və aydındır ki, onlar məhz təxribat törətmək məqsədilə ərazimizə keçiblər. Onların məqsədi sərhəddə xidmət edən qüvvələrimizin arxasına keçərək təminat yolunu minalamaq olmuşdur. Belə ki, təminat yolundan istifadə edən qüvvələr minaya düşsünlər və şəxsi heyət arasında itkilər olsun", - A.Eyvazov bildirib.
Oxunub : 1490
DİGƏR XƏBƏRLƏR
30 Avqust 2026 14:18
Hikmət Hacıyev: "Hər ailənin yaxınlarının taleyini bilmək hüququ var"
29 Avqust 2026 16:24
11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
29 Avqust 2026 14:11
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
28 Avqust 2026 20:54
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
28 Avqust 2026 19:45
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
28 Avqust 2026 14:41
Akkumulyatoru tədricən dağıdan avqust istisi
28 Avqust 2026 12:00
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
28 Avqust 2026 10:41
Bakıda “klyokların rəqsi” - VİDEO
28 Avqust 2026 10:30
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
28 Avqust 2026 09:54
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ
28 Avqust 2026 08:36
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
27 Avqust 2026 18:55
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO
ŞƏRH YAZ










