Ermənilərin Tərtərdə yas mərasimini atəşə tutması daha bir qatı hərbi cinayətdir - Politoloq

Erməni hərbi birləşmələrinin Tərtərdə dəfn mərasimində iştirak edən mülki əhalini atəşə tutması bu ölkənin terrorçu və cinayətkar mahiyyətini bir daha ortaya qoyur.
Avtosfer.az xəbər verir ki, bunu Trend-ə politoloq Şəbnəm Həsənova deyib.
Politoloq vurğulayıb ki, Rusiya tərəfinin təşəbbüsü əsasında 9-10 oktyabr tarixlərində Moskvada keçirilən görüş nəticəsində Azərbaycan, Rusiya və Ermənistan Xarici İşlər nazirlərinin birgə bəyanatı və bu əsasda Azərbaycan və Ermənistan arasında humanitar məqsədlər üçün atəşkəs razılaşmasına baxmayaraq, Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensilarını və onun əlavə protokollarını, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qərar və qətnamələrini yenidən açıq şəkildə pozur".
Ş.Həsənova vurğulayıb ki, bu, bir daha göstərir ki, cinayətkar Ermənistan hakimiyyəti sülh istəmir, onların məqsədi işğalçılıq, Azərbaycan xalqına qarşı soyqırım siyasətini davam etdirməkdir.
Qeyd edək ki, dünyasını dəyişən Tərtər rayon sakini dəfn edilərkən Ermənistan silahlı qüvvələri mərasim iştirakçılarını ağır artilleriya atəşinə tutub. 3 nəfər hadisə yerində ölüb, 3 nəfər isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI












