Ermənilərin yaratdığı saytla bağlı rəsmi açıqlama

Döyüş meydanında Azərbaycan Ordusu qarşısında məğlub olan düşmən sosial media və digər rəqəmsal platformalarda müxtəlif saxta səhifələr, o cümlədən saytlar yaradıb cəbhəboyu zonadakı vəziyyət, xüsusilə də hərbi-siyasi və əməliyyat şəraiti, hərbi texnika və onun hərəkəti haqqında, eləcə də silah-sursat barədə saxta xəbərlər ictimailəşdirməklə vətəndaşlarımızda çaşqınlıq yaratmağa cəhd edir.
Bu barədə Avtosfer.az-a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, Azərbaycan Ordusunun uğurlarının Ermənistan əhalisindən gizlədilməsinə, vətəndaşlarımızda təşviş yaratmağa yönələn bu cəhdlər ifşa olunmaqdadır.
Ermənistan tərəfindən həyata keçirilmiş növbəti təxribatlardan biri də “hamimiz.com” adlı saxta saytın yaradılmasıdır.
Həmin “fake” saytda guya şəhid olmuş və itkin düşmüş hərbi qulluqçuların siyahısına mülki şəxslərin,o cümlədən qadınların da adları daxil edilib.
Bununla da qeyd olunan saytın düşmənin maraqlarına xidmət etməsi, əhalimiz arasında təşviş yaratmaq məqsədi daşıması müəyyən edilib.
Hər kəsi vətəndaş məsuliyyətini dərindən dərk etməyə, ayıq-sayıq olmağa, bu kimi saxta saytlarda və digər informasiya daşıyıcılarında olan təxribat xarakterli məlumatlara inanmamağa çağırır, şübhəli hər hansı saxta platforma ilə qarşılaşan zaman hüquq-mühafizə orqanlarına dərhal məlumat verilməsi xahiş olunur.
Hazırda qeyd edilən saxta saytla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən araşdırmalara başlanılmışdır.
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI
Yeni Günəşlidə yollar niyə yarımçıq asfaltlanıb? – Sakinlər NARAZIDIR - VİDEO
Bakı Metropolitenində İŞ SAATI dəyişdirilir
Bakı niyə geniş relsli nəqliyyat şəbəkəsinə ehtiyac duyur? – EKSPERT
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - FOTO - VİDEO
Vahid məktəbli forması ilə bağlı yeni qaydalar; vətəndaşlar nə düşünür? – SORĞU - VİDEO
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərindən GÜC NÜMAYİŞİ - VİDEO
Yoldakı çuxurlar avtomobilin daha çox hansı hissələrinə zərər vurur? - EKSPERT












