Ermənistan 180 kv.km ərazini Azərbaycana verəcək – İDDİA

Ermənistanda nəşr olunan “Hraparak” qəzeti qəribə iddia ilə çıxış edib. Avtosfer.az "Tribunainfo"ya istinadən xəbər verir ki, nəşr Azərbaycan və Ermənistan arasında sərhədlərin demarkasiyası məsələsi ilə bağlı gizli danışıqlar aparıldığını və razılıq əldə edildiyini iddia edib.
Məlumatda deyilir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla Azərbaycan Prezidentinin müşaviri Hikmət Hacıyev arasında sərhədin delimitasiyası məsələləri ilə bağlı uzunmüddətli danışıqlar aparılıb. “Nəticədə tərəflər Ermənistan-Azərbaycan sərhədinin haradan və necə keçəcəyi ilə bağlı ilkin razılığa gəliblər. Ermənistan tezliklə 180 kvadrat kilometr ərazini Azərbaycana verəcək, əvəzində isə cəmi 25 kvadrat kilometr ərazi alacaq”.
Həmin iddiaya görə, bununla bağlı xəritələr də dəqiqləşdirilib. “Hraparak” bu xəritələri tezliklə paylaşacağını bildirib.
Lakin Ermənistan baş nazirinin müavini Mher Qriqoryan məlumatı təkzib edib. O bildirib ki, sərhədlərin demarkasiya və delmitasiya prosesini Azərbaycan və Ermənistan arasında yaradımış birgə komissiya həyata keçirir. O qeyd edib ki, TŞ katibinin bu prosesdə iştirak hüququ və imza atmaq səlahiyyəti yoxdur.
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Quduzluqla mübarizə günü və sahibsiz itlər
Dünyada sürücülər nə qədər cərimələnir? - Məbləğlər
Bakıda 5 küçəyə maşınların girişi birdəfəlik qadağan edilir - FOTO
Bakıda səkilər yenilənəcək: Ekspert 60 milyonluq layihədən danışdı












