Ermənistan Azərbaycanın mülki əhalisini atəşə tutmaqda davam edir - Hikmət Hacıyev

Ermənistan Azərbaycanın mülki əhalisini atəşə tutmaqda davam edir. Oktybarın 10-da Ermənistanla Azərbaycan arasında humanitar atəşkəs razılaşmasının imzalanmasına baxmayaraq bir qədər sonra münaqişə zonasında yerləşən Gəncə şəhərində mülki əhali atəşə tutulub. Burada hərbi hədəf yox idi. Sadəcə onlar bilərəkdən dinc vətəndaşları qətlə yetirmək üçün həmin əraziləri atəşə tutublar”.
Avtosfer.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, Ermənistan Azərbaycanın digər şəhərlərini, o cümlədən, sənaye şəhəri olan Mingəçeviri də atəşə tutub: “Onlar Gəncədə böyük vəhşilik törədib. Ermənistan dövlət səviyyəsində Azərbaycanın mülki əhalsiinə qarşı terror aktları həyata keçirir. Bununla onlar xalqımızın iradəsini qıra bilməyib. Azərbaycan öz torpaqlarını işğaldan azad etməyə davam edir. İkinci dəfə oktyabrın 18-də humanitar atəşksə razılaşmasına baxmayaraq Ermənsitan öz xislətini göstərərək yenidən mülki əhalimizi atəşə tutub. Bu, Ermənistanın terrorçuluq mahiyyətini ortaya qoyur”.
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA












