Ermənistan Bakı ilə birbaşa dəmir yolu əlaqəsinin qurulmasını gözləyir

Ermənistan İqtisadiyyat Nazirliyinin rəhbəri Gevork Papoyan bildirib ki, Yerevan bir neçə ildən sonra TRIPP vasitəsilə Azərbaycanla, o cümlədən Bakı ilə birbaşa dəmir yolu əlaqəsinin qurulacağını gözləyir. Avtosfer.az-ın məlumatına görə, "Crossmedia"ya bu barədə erməni mediasına istinadən xəbər verir
Papoyan bu barədə mətbuat konfransı zamanı danışıb. Onun sözlərinə görə, hazırda Ermənistan və Azərbaycan arasında aktiv ticarətin olmamasının bir neçə səbəbi var. Nazir qeyd edib ki, tərəflərin bazarları hələ bir-birini kifayət qədər tanımır, ticarət əlaqələrinin qurulması isə zaman tələb edir və əsasən özəl sektorla, eləcə də biznes mühiti ilə bağlı məsələdir.
Eyni zamanda Papoyan vurğulayıb ki, dövlət öz üzərinə düşən vəzifələri yerinə yetirir və bunun üçün zəruri şərait yaradır. Bu çərçivədə siyasi razılaşmaların əldə olunması, kommunikasiya xətlərinin açılması, o cümlədən dəmir yollarından istifadənin təmin edilməsi istiqamətində addımlar atılır.
Nazirin sözlərinə görə, Azərbaycanla birbaşa dəmir yolu əlaqəsi açılana qədər alternativ kommunikasiya variantlarından da istifadə oluna bilər. Papoyan bu prosesi “vaxt aparan və mürəkkəb” adlandırıb.
https://crossmedia.az/az/article/68224
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO












