"Ermənistan baş verənlərdən nəticə çıxarmasa, daha acı aqibətlə üzləşəcək"

Son günlər cəbhədə baş verən hadisələr Ermənistan ordusuna, eyni zamanda Ermənistanın baş naziri Paşinyanın nüfuzuna ciddi zərər vurdu. Azərbaycana qarşı yeddi şərt irəli sürən Paşinyan hazırda güzəştə getməyə hazır olduğunu bəyan edir.
Bunu Trend-ə Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, Azərbaycan Ordusu qısa müddətdə Azərbaycan torpaqlarının bir hissəsini işğaldan azad etdi: "Eyni zamada, döyüşlərdə Azərbaycanın qazandığı bu uğur Prezident İlham Əliyevin əzmli və qətiyyətli siyasətçi, dövlət başçısı olduğunu sübut etdi. Ermənistanın havadarları olan dövlətlərin bütün təzyiqlərinə baxmayaraq, Prezident İlham Əliyev öz prinsipiallığını və qəti əzmini bir daha nümayiş etdirdi. Prezident İlham Əliyev üçün Azərbaycanın milli maraqları hər şeydən üstündür. Azərbaycan işğalla heç zaman barışmayacaq. Ermənistan təcili Azərbaycan torpaqlarını işğaldan azad etməlidir. Ermənistan qoşunlarını Azərbaycandan çıxarılmasını nəzərdə tutan qrafik hazırlamalıdır. Döyüş meydanında Azərbaycan əsgərinin əldə etdiyi uğurlar diplomatiya meydanında da uğurlara çevrilir və danışıqların şərtlərini Azərbaycan tərəfi müəyyən edir. Prezident İham Əliyev işğala əsaslanan status-kvonu özü dəyişdirmişdir. Ermənistan baş verənlərdən nəticə çıxarmasa, daha acı aqibətlə üzləşəcək. Nə qədər ki, gec deyil, Ermənistan baş verənlərdən ciddi nəticə çıxarmalıdır".
Deputat qeyd edib ki, əvvəllər də Ermənistana bu barədə ciddi xəbərdarlıqlar edilmişdir. Təəssüf ki, Ermənistan bu xəbərdarlıqlardan ciddi nəticə çıxarmadı: "Davamlı olaraq cəbhə bölgəsində təxribatlar törətməyə davam etdi. İyul ayında Tovuz hadisələri baş verdi, sonra Ermənistanın diversiya qrupu cəbhədə təxrbatlar törətməyə çalışdı, Ermənistan rəsmiləri Azərbaycanı yeni ərazilərin işğalı ilə təhdid etdi. Sonuncu dəfə isə sentyabrın 27-də Ermənistan Azərbaycan sərhədində yeni təxribatlar törətməyə cəhd etdi. Azərbaycan Ordusu bu cəhdlərin qarşısını qətiyyətlə alaraq Ermənistan ordusunu darmadağın etdi və Ermənistana layiqli cavab verdi.
Münaqişə nəticəsində Ermənistan iqtisadiyyatına ciddi ziyan dəydi, çoxlu sayda silah və sursat məhv edildi. Ermənistan itirilmiş gücünü çətin ki, bir də yenidən bərpa edə bilsin.
Baş verənlər onu da göstərdi ki, Azərbaycan Ordusu regionun ən güclü ordularından biridir və Azərbaycan Ali Baş Komandan İlham Əliyevin əzmi və qətiyyəti nəticasində düşmənə növbəti sarsıdıcı zərbə vurdu".
Azərbaycanın “Aİ-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr – SİYAHI
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO










