“Ermənistan ciddi cəzalandırılmalıdır”

“Artıq bir çox beynəlxalq təşkilat və dövlətlər Ermənistanın müharibə cinayətləri törətməsinə münasibət bildirib”.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Azərbaycan Hüquq Müdafiə Təşkilatçıları Monitorinq Qrupunun keçirdiyi tədbirdə deyib.
O bildirib ki, “Ermənistan heç bir çərçivəyə sığmayan cinayətlər törədir. 1949-cu il Cenevrə Konvensiyası və 1977-ci il Birləşmiş Millətlər Təşkilatlarının Qadın və Uşaqlar haqqında Konvensiyanın tələblərini pozur. Ermənistan tərəfi bu sənədlərə məhəl qoymur. Amma konvensiyalara imza ataraq onu qəbul edən təşkilatlar bu prosesə biganə qalır. Azərbaycan vətəndaşlarının döyüş bölgəsindən kənarda məskunlaşdığı ərazilər atəşə tutulur. Ermənilər bu cinayətlərinə görə Azərbaycan Ordusu tərəfindən cavabını alır.
Ermənistan açıq şəkildə müharibə cinayətləri törətsə də, beynəlxalq təşkilatlar bu məsələyə göz yumur. Ermənistan siyasi rəhbərliyinin göstərişi ilə erməni silahlı birləşmələri tərəfindən müharibə və insanlıq əleyhinə cinayətlər törədilir. Ermənistan bununla bağlı ciddi cəzalandırılmalıdır”.
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI
Yeni Günəşlidə yollar niyə yarımçıq asfaltlanıb? – Sakinlər NARAZIDIR - VİDEO
Bakı Metropolitenində İŞ SAATI dəyişdirilir
Bakı niyə geniş relsli nəqliyyat şəbəkəsinə ehtiyac duyur? – EKSPERT











