Ermənistan hakimiyyəti mülki erməniləri sakitləşdirə bilmir

Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 27-dən etibarən başladığı uğurlu əks-həmlə və sülhə məcburetmə əməliyyatları son 20 ildə Dağlıq Qarabağ və digər işğal altında olan torpaqlarımızda qeyri-qanuni məskunlaşdırılan ermənilərin kütləvi köçünə səbəb olub.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Ermənistan tərəfi Qarabağda "hərbi uğurlar"dan danışdığı vaxt ermənilər qondarma "Dağlıq Qarabağ Respublikası"nın inzibati mərkəzi olan Xankəndidən qaçırlar. Müharibənin ilk 10 günlüyündə qondarma rejimin "nümayəndəsi" Artak Beqlaryan Azərbaycanın işğal olunmuş ərazilərində - Qarabağda yaşayan ermənilərin yarıdan çoxunun evlərini tərk etdiyini vurğulamışdı. İlk günlərdən etibarən Dağlıq Qarabağdakı ermənilərin 50 faizindən çoxu ərazini tərk etmişdi.
"Associated Press" agentliyinin bir neçə gün əvvəl yaydığı fotolardan aydın şəkildə görünür ki, Xankəndidə yaşayan ermənilərin bir çoxu şəxsi avtomobillərlə şəhəri tərk edir. Onlar arasında avtobuslarla təxliyyə edilənlər də var. Hətta çobanlar öz sürülərini belə Xankəndidən çıxarırlar.
Faktiki olaraq Xankəndi və digər ərazilərdə demək olar ki, mülki erməni qalmayıb. Xankəndinin boşaldılması, rəsmilərin ərazini tərk etməsi Ermənistan cəmiyyətində, habelə silahlı qüvvələrin şəxsi heyətində ruh düşkünlüyünü daha da artırıb.
Azərbaycan ordusunun uğurlu əməliyyatlar apardığını və qələbə qazanacağını mülki ermənilər də bilir. Məlumdur ki, Ermənistan hakimiyyəti uzun illər boyu həmin erməniləri zorla Dağlıq Qarabağa və ətraf rayonlara yerləşdirib. Şanlı Ordumuzun uğurlu əməliyyatları fonunda isə Ermənistan hakimiyyəti mülki erməniləri sakitləşdirə bilmir. Ermənistanda xaos davam edir və ölkə hazırda silahlı qiyamın astanasındadır. Baş nazir Paşinyan cəbhədə əsl itkiləri açıqlamaqdan imtina edir, çünki xalqın qəzəbindən qorxur.
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI
Yeni Günəşlidə yollar niyə yarımçıq asfaltlanıb? – Sakinlər NARAZIDIR - VİDEO
Bakı Metropolitenində İŞ SAATI dəyişdirilir
Bakı niyə geniş relsli nəqliyyat şəbəkəsinə ehtiyac duyur? – EKSPERT
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - FOTO - VİDEO
Vahid məktəbli forması ilə bağlı yeni qaydalar; vətəndaşlar nə düşünür? – SORĞU - VİDEO











