Ermənistan hərbi cinayətlərinə görə cavab verəcək - Şamil Ayrım

Ermənistan Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayətlərinə görə cavab verəcəkdir.
Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım bildirib.
Onun sözlərinə görə, dinc yaşayış məntəqələrinin atəşə tutulması bir soyqırım aktından və Ermənistanın Azərbaycan əhalisinə qarşı davam edən etnik təmizləmə aktından başqa bir şey deyil. O qeyd edib ki, dünya birliyi, xüsusən də BMT dövlət səviyyəsində terror siyasəti aparan Ermənistanı dayandırmalıdır:
"Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı etdiyi hərəkətlərə görə dünya birliyindən layiqli cavab alacağına inanırıq".
Qeyd edək ki, Ermənistan hücumu nəticəsində Gəncədə 12 nəfər həlak olub, 40-dan çox şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA











