Ermənistan humanitar atəşkəsi pozmaqla özünə quyu qazır - Hərbi ekspert

Ermənistan döyüş meydanında və siyasətdə Azərbaycana sürətlə uduzduğu üçün artıq sonuna fərman verib.
Avtosfer.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov deyib. O bildirib ki, Ermənistan humanitar atəşkəsi pozmaqla özünə quyu qazır: "Azərbaycan Ermənistanın elədiklərini heç vaxt ona bağışlamayacaq. Bu ölkə Azərbaycan qarşısında tam məsuliyyəti ilə cavab verəcək. Ya onlar Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, Azərbaycan xalqından üzr istəyəcək, ya da onları cəzalandıracağıq. Biz artıq başa düşdük ki, Ermənistanı bu məsələdə şirnikləndirən qüvvələr var, onları bu cinayətləri törətməyə sövq edən dövlətlər var. Həmin dövlətələr Ermənistanın etdikləri cinayətlərə susur, ona layiq olduğu yeri göstərmir. Bu cinayətlərdə Ermənistanla bərabər o dövlətlər də məsuliyyət daşıyır. Hesab edirəm ki, Azərbaycan bunu cavabsız saxlamamalıdır və saxlamayacaq".
Hərbi ekspert bildirib ki, döyüş meydanında biabırçı uğursuzluğa düçar olan Ermənistan siyasi-hərbi rəhbərliyi mülki obyektləri və şəxsləri hədəf almaqla nəyəsə nail olmaq istəyir: "Amma kökündən yanılırlar. Azərbaycan dövləti kifayət qədər güclüdür. Azərbaycanın tərəfdarlarının sayı da get-gedə artır. Nədənsə ermənilər hələ bunu dərk etmir. Artıq Ermənistan ordusu o həddə çatıb ki, əsgərlər bir-birinə güllə atır. Ermənistan ordusunun yüksək rütbəli zabitləri qorxaqcasına döyüş meydanını tərk ediərək qaçırlar.
Ermənistan humanitar atəşkəsi pozmaqla daha bir şansı qaçırdı. Onlar döyüş meydanında ölən hərbçilərini belə son mənzilə yola salmaqdan məhrum oldular. Məhv edilən hərbçilərinin cəsədlərini yenə də döyüş meydanında qoydular".
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI












